Tarix : 2014 Aug 31
Kod 43886

Seymur Həziyə 2 aylıq həbs-qətimkan tədbiri seçilib

avqustun 29-da saat 12:30 radələrində Abşeron rayonunun Ceyranbatan qəsəbə sakini Seymur Həziyev...

Arannews – "Azadlıq” qəzeti və “Azərbaycan saatı” televiziya proqramının əməkdaşı, AXCP Rəyasət Heyətinin üzvü, avqustun 29-da şərlənərək saxlanılan Seymur Həzi Abşeron rayon məhkəməsinə gətirilib. Onun barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib.

Azərbauycan Respublikası Baş Prokurorluğun mətbuat xidmətindən  verilən məlumatda bildirilir ki, avqustun 29-da saat 12:30 radələrində Abşeron rayonunun Ceyranbatan qəsəbə sakini Seymur Həziyev qəsəbənin girişindəki avtobus dayanacağının yaxınlığında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıq hörmətsizlik ifadə edən, silah qismində istifadə edilən əşya tətbiq etməklə vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verib.

Onun əvvəllər tanımadığı Bakı şəhər sakini Məhərrəm Həsənovu əsaslı səbəb olmadan söyməsində, daha sonra şüşə butulka ilə başına, yumruq və təpiklə isə sifət nahiyəsinə vuraraq sonuncuya bədən xəsarətləri yetirməsində şübhələr üçün əsaslar olduğundan, faktla bağlı Abşeron rayon Polis Şöbəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.İş üzrə məhkəmə-tibb ekspertizaları təyin edilib, hadisənin şahidləri dindirilib və digər prosessual hərəkətlər yerinə yetirilib.

  • Yazılıb
  • da (də) 2014 Aug 31