Tarix : 2014 Aug 31
Kod 43885

həbsdə olan dindar aclıq aksiyasına başladı

bu barədə məlumatı dindarin anası İradə Kərimova verib

Arannews – Kərimov Rasim Rafiq oğlu bu gündən cəza çəkdiyi Penitensiar Xidmətin 11 saylı cəzaçəmə müəssisəsində müddətsiz aclıq aksiyasına başlayıb.

«Səid Dadaşbəylinin işi» şərti adı ilə tanınan cinayət işi üzrə ittiham olunaraq 13 il müddətinə azadlıqdan mərhum edilən Kərimov Rasim Rafiq oğlu bu gündən cəza çəkdiyi Penitensiar Xidmətin 11 saylı cəzaçəmə müəssisəsində müddətsiz aclıq aksiyasına başlayıb.

Azinform.az-a bu barədə məlumatı məhkumun anası İradə Kərimova verib. İradə xanımın sözlərinə görə, oğlunun bu aksiyaya əl atmasına səbəb onun barəsində çıxarılan məhkəmə hökmlərilə razılaşmamasıdır: «Rasim ziyalı ailəsində böyüyüb. İslam Universitetinin məzunudur, 6 dildə sərbəst danışır. Vətənini sevən bir gəncdir. 2007-ci ildə Həcc ziyarətindən gələndə onu təyyarədə həbs edib olduqca ağır ittihamlar irəli sürdülər. O, Cinayət Məcəlləsinin 218.(cinayətkar birlik yaratma) və 278(hakimiyyəti zorla əla alib saxlama) maddələri ilə təqsirli bilinərək 13 il müddətinə azadlıqdan mərhum edildi. Rasimin adı əksər beynəlxalq təşkilatların hesabatlarında siyasi məhbus kimi qeyd edilir. Dəfələrlə ölkənin hüquq müdafiəçiləri də bildiriblər ki, «Səid Dadaşbəylinin dəstəsi»nin işinə yenidən məhkəmə baxışı keçirilməlidir. Təəssüflər olsun ki, həmin istiqamətdə bir addım da irəliləyiş yoxdur. Bu səbəbdən də, oğlum bütün rəsmi dairələrə şikayət ünvanlayaraq, müddətsiz aclıq aksiyasına başlayıb».

  • Yazılıb
  • da (də) 2014 Aug 31