Tarix : 2014 Aug 31
Kod 43884

ABŞ müdafiə naziri Gürcüstana səfər edəcək

səfər zamanı Çak Heygel gürcü həmkarı İrakli Alasaniya ilə Ukraynadakı vəziyyəti müzakirə edəcək

Arannews – ABŞ müdafiə naziri Gürcüstana səfər edəcək.

Bu barədə Pentaqonun mətbuat katibi kontr-admiral Con Kirbi bildirib

Onun sözlərinə görə, səfər zamanı Çak Heygel gürcü həmkarı İrakli Alasaniya ilə Ukraynadakı vəziyyəti müzakirə edəcək.  Səfərin konkret tarixi açıqlanmır.

 Kirbi qeyd edib ki, bu Çak Heygelin ABŞ müdafiə naziri qismində Gürcüstana ilk səfəri olacaq. Onun gürcü həmkarı və Gürcüstanın baş naziri ilə görüşü bu ilin əvvəlində Münhendə baş tutub.

  • Yazılıb
  • da (də) 2014 Aug 31