Tarix : 2014 Aug 31
Kod 43880

şok : Qazaxıstan Avrasiya İttifaqını tərk edir

Nazarbayev : Ən qiymətli sərvətimiz müstəqilliyimizdir

Arannews – Qazaxıstan Avrasiya İttifaqını tərk edir .

bu sözi Qazaxıstan prezidenti Nursultan Nazarbayev deyib.

Qazax dövlət başçısı Putinin yeni imperiya layihəsi olan Avrasiya İttifaqı haqda danışarkən qeyd edib ki, əgər müqavilədə göstərilən qayda və şərtlərə əməl olunmasa, onun ölkəsinin Rusiyanın patronajlığı altında yaradılan Avrasiya İttifaqından çıxmaq hüququ heç bir halda mübahisə və müzakirə predmetinə çevrilə bilməz.

Qazaxıstanın belə bir addım atmaq, birliyi tərk etmək hüququ var. Mən bunu əvvəl də demişəm, bu gün də bir daha bəyan edirəm.

N.Nazarbayevin sözlərinə görə, Qazaxıstan onun təhlükəsizliyini və müstəqilliyini təhdid edəcək heç bir birliyin tərkibində olmayacaq: “Ən qiymətli sərvətimiz müstəqilliyimizdir. Ata-babalarımız uzun müddət məhz bunun üçün mübarizə aparıblar. Biz bu müstəqilliyi heç kimə təslim etməyəcəyik, onu qorumaq üçün əlimizdən gələn hər şeyi edəcəyik”.

  • Yazılıb
  • da (də) 2014 Aug 31