Tarix : 2014 Aug 30
Kod 43873

Təhlükəsizlik Komissiyası Sionist rejimin kəşfiyyat təyyərəsinə baza verən ölkəyə xəbərdarlıq etdi

İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik Komissiyasının sədr müavini deyib: Pilotsuz təyyarənin İran İslam Respublikasına tərəf buraxılması və uçuşunun başlandığı ölkə bu çirkin hərəkətin siyasi xəsarətini ödəməlidir

Arannews- Ərdəbil əhalisinin millət vəkili və İslam Şurası Məclisinin Milli Təhlükəsizlik Komissiyasının sədr müavini- Mənsur Həqiqətpur deyib: Məclisin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyası əlaqədar rəsmilərin iştirakı ilə keçirilən iclasda İsrail rejiminin vurulmuş pilotsuz təyyarəsinin qalxdığı ölkə müəyyən edilməsi və bu macərada müqəssir olan ölkənin öz əməlinin cəzasına çatmasını istəyib.
O, söyləyib: Bu məsələ region və dünya səviyyəsində ciddi surətdə diqqət mərkəzinə alınıb və ümid edirik ki, İranda süqut etmiş pilotsuz təyyarənin qalxdığı ölkə müəyyənləşəcək və öz çirkin əməli qarşısında cavabdeh olacaq.
Sionist “Debka” saytı İranda süqut etmiş İsrail rejiminin pilotsuz təyyarəsinin Azərbaycan Respublikasından qalxdığını elan edib. Azərbaycan Respublikası isə bunu təkzib edir.
SəhərTV,xəbərlər
  • Yazılıb
  • da (də) 2014 Aug 30