Tarix : 2014 Aug 27
Kod 43851

Azərbaycan deputatı Ərdoğanı tənqid etdi

Türkiyənin öz qatı düşmənini yüksək dövlət bayramına dəvət etməyinin səbəbi başadüşülən deyil. Bu açıqlama ilə millət vəkili Aydın Mirzəzadə Feysbukdakı şəxsi profilində çıxış edib
Arannews - Aydın Mirzəzadənin sözlərinə görə, inauqurasiyaya mərasimini təşkil etməyin ölkənin daxili işidir, ancaq mərasimə Türkiyəni "1915-ci il erməni soyqırımı”nda ittiham edən bir ölkəni dəvət etməyi başa düşülən deyil: “Dəvət qardaş ölkənin daxili işidir və heç kəs onlara bu məsələdə məsləhət verə bilməz. Ancaq Türkiyənin öz qatı düşmənini yüksək dövlət bayramına dəvət etməyinin səbəbi başa düşülən deyil.
Ermənistan Türkiyənin ərazi bütövlüyünü tanımır və rəsmi dövlət siyasətində Türkiyənin böyük bir ərazisinə iddia edir. Erməni dövləti bütün dünyada Türkiyəni uydurma "1915-ci il erməni soyqırımında" ittiham edir və artıq 20-dən çox dövlətin bu uydurmanı qəbul etməsinə nail olub. Erməni terror təşkilatları vaxtaşırı xaricdəki türk səfirliklərinə qarşı terror hərəkətləri ediblər və hələ də bu addımlarından əl çəkmirlər. Ermənistan tarix kitablarında və mədəniyyət əsərlərində Osmanlıya və Türkiyəyə qarşı olmazın ittihamlar irəli sürür. Elə S.Sərkisyan da Türkiyəyə sevgisini bir sıra anti-türk bəyanatları ilə ortaya qoyubdur. İndi Türkiyənin Ermənistan rəhbərini inauqurasiyaya çağırmaqla nə eldə etmək istədiyi aydın deyildir. Heç diplomatik protokolda da düşmən və diplomatik əlaqələri olmayan ölkələrin nümayəndələrinin dövlətiçi tədbirlərə dəvət edilmə praktikası yoxdur. İnauqurasiya ilk növbədə dostların məclisidir və orada Ermənistanın statusu heç də aydın deyildir.
Ermənistan isə Türkiyədəki prezident seçkilərinin nəticələrini ilk "təbrik" edənlərdən oldu.
Səhər TV, xəbərlər
  • Yazılıb
  • da (də) 2014 Aug 27