Tarix : 2014 Aug 25
Kod 43839

Kiçik İŞİD terrorçusunun qandonduran hərəkəti - FOTO (+13)

Mənfi təsir qoyduğu üçün yaxşı olar ki, bu kadrlara azyaşlılar baxmasın
Arannews -in verdiyi məlumata görə, bu günlərdə sosial şəbəkələrdə paylaşılan foto görənlərin qanını dondurub. Kadrlarda əyninə qara paltar geyinmiş 5 altı yaşlarında olan maskalı uşaq əlində narıncı geyimi olan kuklanın başını kəsən yerdə görüntülənib. Onun arxasında İŞİD-in bayrağı asılıb.
Bu görüntülər, İŞİD-çilərin uşaqlara nifrət və öldürmək təlimi keçdiyinin aydın nümunəsidir.
Qeyd edək ki, kuklanın əynindəki narıncı geyim bir neçə müddət öncə başı kəsilərək edam edilən amerikalı jurnalist Ceyms Foleyi təcəssüm etdiyi düşünülür.
Mənfi təsir qoyduğu üçün yaxşı olar ki, bu kadrlara azyaşlılar baxmasın.










  • Yazılıb
  • da (də) 2014 Aug 25