Tarix : 2014 Aug 25
Kod 43837

Azərbaycan XİN-dən seçki bəyanatı

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Abxaziyada keçirilmiş qondarma prezident seçkiləri ilə bağlı bəyanat yayıb.
Arannews -in XİN-ə istinadla verdiyi məlumata görə, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Gürcüstanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini bir daha bildirərək, Abxaziyada 24 avqust 2014-cü il tarixində keçirilmiş qondarma prezident seçkilərini tanımadığını bəyan edir.

Qeyd edək ki, tanınmamış Abxaziya respublikasında prezident seçkisində Aslan Bjaniya, Leonid Dzapba, Mirab Kişhmariya və Raul Kajimba mübarizə aparıb.

Abxaziya 1993-cü ildə Gürcüstandan ayrıldığını elan edib. Rusiya onun müstəqilliyini tanıyıb
  • Yazılıb
  • da (də) 2014 Aug 25