Tarix : 2014 Aug 25
Kod 43835

İsrail Qəzzadakı Əli ibni Əbu-Talib məscidini yerlə-yeksan etdi

İsrail hərbi təyyarələri, Qəzza şəhərinin cənub-qərbində əz-Zeytun rayonu ərazisində yerləşən Əli ibni Əbu-Talib məscidini darmadağın edib.
Arannews - İsrailin təcavüzü nəticəsində məscid və onun ətrafında bir neçə mənzil tamamilə dağıdılıb.

İsrail dünən və gecə saatlarında Qəzzanın Cibalya, Beyt-Lahiya və Rəfəh rayonlarını da bombalayıb. Cibalya rayonunda bir qadın və onun 4 körpəsi həlak olub. İsrail Qəzza ilə Misir arasında Rəfəh keçid məntəqəsini də bombalayıb.

Statistikalara görə, İsrailin 8 iyul tarixindən indiyə qədər Qəzzaya etdiyi təcavüzü nəticəsində 2120-dən artıq fələstinli həlak olub və 11 min insan yaralanıb.

Qeyd edək ki, Misir tərəfi az öncə Qəzzada atəşkəsin dayandırılması üçün yeni təklif irəli sürüb ki, tərəflər hələ buna müsbət cavab verməyiblər.interaz
  • Yazılıb
  • da (də) 2014 Aug 25