Tarix : 2014 Aug 24
Kod 43831

XƏZƏRYANI DÖVLƏT BAŞÇILARI RUSIYADA TOPLAŞACAQ

Azərbaycan,Qazaxıstan, Türkmənistan, İran və Rusiya prezidentlərinin sayca 4-cü ortaq görüşü Həştərxan şəhərində keçiriləcək

Arannews - Sentyabrın 29-da Xəzəryanı dövlətlərin prezidentlərinin Rusiyada görüşü keçirilcək .

Rusiya mətbuatı xəbər verir ki, Azərbaycan,Qazaxıstan, Türkmənistan, İran və Rusiya prezidentlərinin sayca 4-cü ortaq görüşü Həştərxan şəhərində keçiriləcək .

İran İslam Respublikasının prezidenti Həsən Ruhani görüşə razılıq verib və sentyabrın 29-da Həştərxana gedəcək .

Onu səfərdə xarici işlər naziri Məhəmməd Cavad Zərif müşaiyət edəcək .

Qeyd edək ki, məlumatı İran diplomatik qaynaqları yayıb.

  • Yazılıb
  • da (də) 2014 Aug 24