Tarix : 2014 Aug 24
Kod 43829

Azərbayjan Jurnalistlərinə pis xəbər

Milli məclisdə ordu, hərbi məlumatların yayımlanması ilə bağlı məhdudiyyətləri özündə əks etdirən qanun layihəsi hazırlanır.

Arannews - Hərbi məlumatların yayılmasını qadağan edən qanun hazırlanır

Bundan sonra hərbi məlumatları özbaşına və yaxud yanlış yayan jurnalistlər qanun qarşısında cavab verməli olacaqlar .

Milli məclisdə ordu, hərbi məlumatların yayımlanması ilə bağlı məhdudiyyətləri özündə əks etdirən qanun layihəsi hazırlanır .

Milli məclisin təhlükəsizlik və müdafiə komitəsinin üzvü Siyavuş Novruzov qanun layihəsi üzərində işlənildiyini, senyabrda müzakirəyə çıxarılacağını bildirdi .

Millət vəkili Siyavuş Novruzov deyir ki, "Komitə sədrinə təklif eləmişəm, bununla bağlı işlər gedir. Dünyada bilirsiniz, vətəndaş öz şəxsiyyətini təsdiq etmədən hər hansı bir fikir, şərh yaza bilmir, amma bizdə görürsən ki, ordu, hər hansı bir insan haqqında da müxtilf fikirlər yazırlar. Bakıda 30 min erməni əsilil adam var. Onlar da hər hansı təxribat xarakterli nəsə yazsalar, onda nə olar ".

Qadağan olunmuş informasiyanı yayan şəxs barəsində konkret cəza tədbirlərinin görülməsi nəzərdə tutulur. Dünya təcrübəsində bu tip informasiyaların yayımlanması, xüsusən müharibə vəziyyətində olan ölkələrdə xüsusi qanunla tənzimlənir .

Hesab edilir ki, informasiya təhlükəsizliyi ölkə üçün onun sərhədlərinin təhlükəsizliyi qədər vacibdir. İnformasiya müharibəsi ilə bağlı ilk rəsmi sənəd 1992-ci ildə Amerika Müdafiə nazirliyinin elə “İnformasiya müharibəsi” adı altında hazırlayıb həyata keçirdiyi direktiv sənəddir. Bu sənəddə milli maraqlar naminə öz informasiya təhlükəsizliyini təmin etməklə mətbuatın gücündən istifadə edərək düşmənin informasiya sistemlərinə təsir göstərməyin, informasiya üstünlüyünə sahib olmağın yolları və prinsipləri müəyyənləşib. Birləşmiş Ştatların informasiya agentliyinin dövlət departamentinin tərkibində fəaliyyət göstərməsi də Amerikanın bu sahəyə nə qədər çox önəm verməsinin əsas göstəricilərindəndir. Qonşu Rusiyada da belə təcrübə var.

  • Yazılıb
  • da (də) 2014 Aug 24