Tarix : 2014 Aug 21
Kod 43807

Azərbaycanlı alim təbrizdə anılır

Şeyx Hacı Əhməd-in anma mərasimi Təbriz şəhərinin Əlmustəfa universitetində saat 11:00-da keçiriləcək

Arannews - İslamın Azərbaycan Respublikasında çiçəklənməsində  Yarım əsrdən atıq xidməti olmuş  şəxsiyyət Şeyx Hacı Əhməd bu gün Təbriz şəhərində anılacaq.

Şeyx Hacı Əhməd-in anma mərasimi Təbriz şəhərinin Əlmustəfa universitetində saat 11:00-da  keçiriləcək.

Biləsuvar rayonunun tanınmış ruhanisi, rəbbani alim Şeyx Hacı Əhməd (Molla Əhməd) 93 yaşında keçən ay ilahi rəhmətə qovuşub.

Qeyd edək ki,Şeyx Hacı Əhməd, hələ müstəqillik illərinin əvvəlində Azərbaycan İslam Partiyasının yaradıcılarından olub. Molla Əhməd ağa 1992-ci ildən  İslam Partiyanın Biləsvar rayonu üzrə sədri vəzifəsində çalışıb./sahartv

  • Yazılıb
  • da (də) 2014 Aug 21