Tarix : 2014 Aug 19
Kod 43790

İran Azərbaycanlı qardaşların kənarındadir

İki dost və qardaş ölkə İran və Azərbaycanın əlaqələri inkişaf etməkdədir və hər iki ölkənin rəsmiləri qarşılıqlı əlaqələrin genişlənməsini vurğulayır və iki ölkə arasında sərhəd əməkdaşlıqlarının genişləndirilməsi zəruridir

Arannews - İranın sərhəd qoşunları komandanı Bakıda Azərbaycan Respublikasının daxili işlər naziri ilə görüşüb.

Qasem Rezayi bu görüşdə iki ölkənin çoxlu sayda ortaqlıqlarına işarə edərək, deyib: İki dost və qardaş ölkə  İran və Azərbaycanın əlaqələri inkişaf etməkdədir və hər iki ölkənin rəsmiləri qarşılıqlı əlaqələrin genişlənməsini vurğulayır və iki ölkə arasında sərhəd əməkdaşlıqlarının genişləndirilməsi zəruridir.

İranın sərhəd qoşunları komandanı sonra deyib: İran İslam Respublikası Azərbaycan Respublikasının ərazi bütövlüyünə hörmətlə yanaşır və özünü keçmişdəki kimi azərbaycanlı qardaşların himayəçisi və onların kənarında bilir.

Qasem Rezayi İranın daxili işlər naziri və hüquq-mühafizə qüvvələrinin komandanı tərəfindən Azərbaycan Respublikasının daxili işlər naziri- general Ramil Usubovu İrana səfərə dəvət edib.

General Ramil Usubov da bu görüşdə iki ölkənin səmimi əlaqələrinə və müxtəlif sahələrdə tərəflərin təcrübə mübadilələri aparmaları və əməkdaşlıq etmələrinin vacibliyinə toxunaraq, Azərbaycan Respublikasının istiqlaliyyətindən sonra bu ölkənin təhlükəsizlik vəziyyəti haqda hesabat təqdim edib.

Tərəflər bu görüşdə həmçinin mütəşəkkil cinayətlər, narkotik maddələr və əmtəə mal qaçaqmalçılığı ilə ciddi mübarizəyə təkid ediblər.

İki ölkənin yüksək vəzifəli rəsmilərinin iştirakı ilə ikitərəfli iclasların illik surətdə Tehran və Bakıda keçirilməsi və sərhədlərdə qarşılıqlı problemlərin aradan qaldırılması üçün regional sərhəd iclaslarının təşkili tərəflərin razılaşdıqları mövzulardan olub.

Tərəflər bu görüşdə cinayətkarlarla mübarizə məqsədi ilə sərhədlərdə yeni texnogiyalardan bəhrələnməyə və qarşılıqlı həmkarlığa təkid ediblər.

Azərbaycan Respublikası sərhəd günü ilə bağlı beynəlxalq mərasimdə iştiraka rəsmi dəvət alaraq, Bakıya səfər etmiş Qasem Rezayi dünən də Azərbaycan Respublikası Sərhəd Qoşunlarının komandanı- Elçin Quliyevlə görüşüb.

Qərar üzrə Azərbaycan Respublikası Sərhəd Qoşunlarının komandanı- Elçin Quliyev də oktyabr-noyabr aylarında iranlı həmkarının rəsmi dəvəti ilə İran İslam Respublikasına səfər edəcək.

  • Yazılıb
  • da (də) 2014 Aug 19