Tarix : 2014 Aug 19
Kod 43787

Rusiyaya qarşı Sanksiyalar Ermənistan iqtisadiyyatı üçün neqativ nəticələr doğura bilər

Əgər bu, İrəvana xoş deyilsə, şikayəti Moskvaya eləsin

Arannews - ABŞ-ın Ermənistandakı səfiri Con Xeffern jurnalistlərlə görüşündə prezidentlərin Soçi görüşünün təmas xəttində gərginliyin azalmasına kömək etdiyini bildirib

Diplomat belə təmasların vacib olduğunu söyləyib.

“Azərbaycan və Ermənistan prezidentləri görüşürsə, bu, problemin dinc həlli üçün ən yaxşı yoldur. Məhz bu görüşdən sonra təmas xəttində atəş səsləri azalıb”, - deyə səfir qeyd edib.

Amerikalı diplomat Birləşmiş Ştatların Rusiyaya qarşı tətbiq elədiyi iqtisadi-maliyyə sanksiyaları və onların Ermənistana mümkün təsirləri ilə bağlı suala da aydınlıq gətirib. Onun sözlərinə görə, Amerika tərəfi sanksiyalarla bağlı Ermənistan rəhbərliyi ilə çoxsaylı məsləhətləşmələr aparıb.

“Sanksiyalar Rusiyaya qarşı yönəlib, Ermənistana yox.

 Ancaq onlar Ermənistan iqtisadiyyatı üçün də neqativ nəticələr doğura bilər. Əgər bu, İrəvana xoş deyilsə, şikayəti Moskvaya eləsin”, - Xeffern əlavə edib .

  • Yazılıb
  • da (də) 2014 Aug 19