Tarix : 2014 Aug 19
Kod 43784

Latviyada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirə keçiriləcək

toplantıda Dağlıq Qarabağ münaqişəsinin hazırkı durumu, problemin həlli prosesi, işğal nəticəsində azərbaycanlıların pozulmuş hüquqlarının bərpası müzakirə ediləcək

Arannews - Noyabr ayında Latviya parlamentinin binasında deputatların, Prezident Administrasiyasının təmsilçilərinin və bir sıra Avropa ölkələrinin nümayəndələrinin iştirakı ilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr keçiriləcək.

Latviya prezidentinin milli azlıqlarla iş üzrə müşaviri, “Ocaq” Azərbaycan Cəmiyyətinin sədri Roman Əliyev  açıqlamasında bildirib ki, toplantıda Dağlıq Qarabağ münaqişəsinin hazırkı durumu, problemin həlli prosesi, işğal nəticəsində azərbaycanlıların pozulmuş hüquqlarının bərpası müzakirə ediləcək: “Müzakirələrin nəticəsi olaraq yekun sənədin qəbulu və beynəlxalq təşkilatlara, eləcə də Latviya parlamentinə ünvanlanması planlaşdırılır”.


  • Yazılıb
  • da (də) 2014 Aug 19