Tarix : 2014 Aug 19
Kod 43782

Ermənilər Azərbaycan torpaqlarında yanğınlar törədiblər

Hazırda alovun hektarlarla sahəni əhatə etdiyini təxmin etmək mümkündür

Arannews - Ermənistan Ordusunun Dağlıq Qarabağ ərazisində yerləşən hərbi birləşmələri nəzarət etdikləri Azərbaycan torpaqlarında yanğınlar törədib.

erməni hərbiçiləri Ağdamın işğal altında olan Şahbulaq dağı istiqamətində yüksəkliklərdə yerləşən otlaq və əkin sahələrinə od vurublar.

Yanğının yaxınlıqdakı meşəlik ərazilərə də yayıldığı müşahidə olunur.

Hazırda alovun hektarlarla sahəni əhatə etdiyini təxmin etmək mümkündür.

  • Yazılıb
  • da (də) 2014 Aug 19