Tarix : 2014 Aug 18
Kod 43776

İran-Azərbaycan Sərhəd əməkdaşlığı güclənir

Azərbaycan Respublikası İran sərhəd xidməti ilə həmkarlığı genişləndirməyə hazırdır

Arannews - İran İslam Respublikası Sərhəd Qoşunlarının komandanı general-mayor Qasim Rzai Azərbaycana səfər edib.

General-mayor Qasım Rezayi dünən axşam Az. R Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyevlə görüşüb. Görüşdə Azərbaycan-İran dövlət sərhədində və sərhəd keçid məntəqələrindəki vəziyyət müzakirə olunub.  İranın Sərhəd Qoşunları komandanı Bakıda deyib: İran-Azərbaycan Respublikası sərhəd həmkarlıqları genişlənəcək.

IRIB-nin məlumatına görə, Azərbaycan Respublikası sərhəd günü ilə bağlı beynəlxalq mərasimdə iştiraka rəsmi surətdə dəvət alaraq, Bakıya səfər etmiş Qasım Rezayi dünən gecə Azərbaycan Respublikası Sərhəd Qoşunlarının komandanı- Elçin Quliyevlə görüşüb. O, bu görüşdə iki ölkənin sərhəd əməkdaşlıqlarının genişləndirilməsi vacibliyini vurğulayıb və iki ölkə sərhədlərində dinclik və dostluğun mövcud olmasından razılıq edib. O, deyib ki, iki ölkənin sərhəd xidmətləri müştərək sərhədlərin təhlükəsizliyinin qorunması və davam etməsi üçün məsuliyyət hissi keçirirlər.

Rezayi İranın narkotik maddələr qaçaqmalçılığı ilə mübarizə üçün atdığı təsirli addımları şərh edərək, ölkəmizin narkotik maddələr qaçaqmalçıları ilə mübarizə üçün Azərbaycan Respublikası ilə əməkdaşlıq etməyə hazır olduğunu bildirib və Azərbaycan Respublikası Sərhəd Qoşunlarının komandanını İrana səfərə dəvət edib.

Azərbaycan Respublikası Sərhəd Qoşunlarının komandanı- Elçin Quliyev də bu görüşdə İrana səfər dəvətini qəbul edərək, bu ölkənin İranla müştərək sərhədlərini dostluq və anlaşma mehvəri adlandırıb və bildirib ki, Azərbaycan Respublikası İran sərhəd xidməti ilə həmkarlığı genişləndirməyə hazırdır.

Quliyev son aylarda iki ölkənin sərhəd xidmətləri arasındakı müntəzəm görüşləri müsbət dəyərləndirib və sərhədlərin təhlükəsizliyinin qorunması üçün müştərək sərhəd iclaslarının keçirilməsi zərurətinə təkid edib.

Azərbaycan Respublikası Sərhəd Qoşunlarının komandanı İranın narkotik maddələr qaçaqmalçılığı və ixracı mübarizə üzrə fəaliyyətlərini yüksək qiymətləndirərək, bildirib ki, bu ölkə İranla müştərək sərhədlərdə təhlükəsizliyin yüksəldilməsi üçün özünün bütün imkanlaırndan strateji bir siyasət kimi istifadə edəcək.

Görüşdə tərəflər iki ölkə arasında sərhəd əməkdaşlıqlarının genişləndirilməsi tərzi, sərhədlərə nəzarətin gücləndirilməsi, sərhəd qanunlarının hər cür pozulması ilə mübarizə və qarşılıqlı münasibətlərin möhkəmləndirilməsi ətrafında fikir mübadiləsi aparıblar. 

  • Yazılıb
  • da (də) 2014 Aug 18