Tarix : 2014 Aug 17
Kod 43767

Rusiya prezidenti Qarabağdan danışdı

Vladimir Putin və Nursultan Nazarbayev arasında telefon danışığı baş tutub

Arannews -  Rusiya prezidenti Vladimir Putin və Qazaxıstan prezidenti Nursultan Nazarbayev arasında telefon danışığı baş tutub.

Telefon danışığı zamanı V.Putin N.Nazarbayevə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Azərbaycan və Ermənistan prezidentləri ilə Soçi görüşünün nəticələri barədə məlumat verib.

Tərəflər mövcud məsələləri müzakirə ediblər. Hər iki prezident Qərbin Rusiyaya qarşı sanksiyalarını və Moskvanın cavab addımlarını, o cümlədən onların mümkün nəticələrini müzakirə edib.

Bundan başqa, Ukraynanın cənub-şərqindəki vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb. Belarus prezidenti Aleksandr Lukaşenkonun təklifinə uyğun olaraq cari ilin üçüncü dekadasında Gömrük İttifaqına üzv ölkələrin və Ukraynanın görüşünün keçirilməsi ehtimalı təsdiq olunub.

Telefon danışığının sonunda dövlət başçıları iki dövlət arasında ikitərəfli əməkdaşlığın bir sıra məsələlərini müzakirə ediblər.

  • Yazılıb
  • da (də) 2014 Aug 17