Tarix : 2014 Aug 16
Kod 43750

Doktor Heyət ilə bağlı təhriflərə reaksiya

Ayətullahi Bakı mediasının son günlərdə Bakıda dünyasını dəyişmiş iranlı cərrah- doktor Cavad Heyət ilə bağlı yalanlarına reaksiya verib
İran İslam Respublikasının Bakıdakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Seyid Məhəmməd Ayətullahi Bakı mediasının son günlərdə Bakıda dünyasını dəyişmiş iranlı cərrah- doktor Cavad Heyət ilə bağlı yalanlarına reaksiya verib
Seyid Məhəmməd Ayətullahi bildirib : “Çox istərdik ki, doktor Cavad Heyətin İran səfirliyinin ixtiyarında qoyduğu vəsiyyətnaməsinin icrasında o, hörmətlə Tehranın İbn Babveyh məzarlığıında atasının məzarının yanında dəfn olunsun, amma mərhum Cavad Heyətin möhtərəm ailəsinin onun Bakıda dəfn edilməsi qərarına hörmətlə yanaşırıq.”
Doktor Cavad Heyət bir neçə gün öncə Bakı şəhərində xəstəxanaların birində dünyasını dəyişmişdir.
Bir sira Bakı mətbuatı bu məsələdən də sui-istifadə edərək, bunula bağlı İrana qarşı mənfi fikir formalaşdırmağa çalışmışdırlar.
Azərbaycan Respublikası rəsmiləri də imzaladığı nekroloqlarda mərhum doktor Cavad Heyətin şəxsiyyəti barədə təhrif olunmuş fikirlər bildirib, onun iranlı olduğunu və elmi əsərlərinin əsas hissəsinin fars dilində yazıldığını bütövlükdə unutmağa çalışıblar.

  • Yazılıb
  • da (də) 2014 Aug 16