Tarix : 2014 Aug 09
Kod 43696

Tehranın imam cüməsi sionistlərin kənarında duran satqın neft ölkələrinə səsləndi

Bu gün biz Qəzzədə bəşər tarixinə qara ləkə olan çirkin addımların şahidiyik və bu qan-içən canavar yəni qəsbkar sionistlər bir ölkəni öz adlarına qəsb etdilər
Tehranın cümə namazının xətibi xatırlatdı: “ Bəzi müsəlman ölkələr qonşuluq və müsaəlmançılığa göz yümdülar, özlərini rüsvay etdilər və iki gün qeyri-demokratik hökumətlərini davam etdirsinlər deyə, müsəlmanların neftini və imkanlarını, ağaları- sionistlərin ixtiyarına verdilər.
Höccətülislam vəlmüslimin Kazım Seddiqi Teharanın bu günkü cümə namazı xütbələrində qeyd etdi: Bu gün biz Qəzzədə bəşər tarixinə qara ləkə olan çirkin addımların şahidiyik və bu qan-içən canavar yəni qəsbkar sionistlər bir ölkəni öz adlarına qəsb etdilər.”
Tehran şəhərinin müvəqqəti imam cüməsi dedi: “BMT-nin ən utandırıcı addımı zalımla məzlumu yəni sionistlər ilə məzlum Qəzzə əhalisini qarşılaşdırmaq idi. Bu təşkilat və digər İnsan Haqları iddiasında olan təşkilatlar öz sükutları ilə sionistlərin cinayətlərinə dəstək oldular.”
  • Yazılıb
  • da (də) 2014 Aug 09