Tarix : 2014 Jul 31
Kod 43619

Avropa Məhkəməsi Hacı Möhsüm Səmədovla bağlı Azərbaycan hökumətinə müraciət edib

Səmədovun vəkili Anar Qasımlının FaktXəbər-ə bildirdiyinə görə, müvəkkili Konvensiyanın 5-ci maddəsinə əsasən azadlıq hüququnun pozulduğundan şikayət edir

Arannews - Avropa Məkəməsi Azərbaycan İslam Partiyasının lideri Hacı Möhsüm Səmədov  üçün Azərbaycan hökumətinə bəzi suallar ünvanlayıb.

FaktXəbər-in məlumatına görə, Suallar aşağıdakılardan ibarətdir:

1. Avropa İnsan Haqları Konvensiyanın 5-ci paraqrafının 3-cü maddəsinin məqsədlərinə uyğun olaraq ərizəçinin tutulması üçün yerli məhkəmələrin kifayət qədər və müvafiq dəlilləri varmı? Məhkəmələr ərizəçinin davam edən həbs müddəti üçün alternativ tədbirləri nəzərdən keçirirmi?

2. Konvensiyanın 1-ci bəndinin 6-cı Maddəsinin cinayət başlığı ilə hazırki prosesdə inzibati icraata tətbiq olunurmu? Xüsusilə inzibati icraat zamanı ərizəçi 07.01.2011 tarixində keçirilən birinci instansiya məhkəməsindən öncə vəkil tərəfindən təmsil olunubmu?

Ərizəçiyə Konvensiyanın 3-cü (b) bəndinin 6-ci Maddəsinə əsasən uyğun olaraq öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxt və imkanlar verilibmi? Xüsusilə, ərizəçi 07.01.2011 il Nərimanov Rayon Məhkəməsinin qərarı ilə təmin edilibmi? Ərizəçinin vəkilinə ərizəçi ilə görüşmək və ərizəçinin müdafiəsinin hazırlanması işinin materiallarına çıxış əldə etmək üçün səlahiyyət verilibmi? Konvensiyanın 3-cü (d) bəndinin 6 maddəsinin tələblərinə uyğun olaraq ərizəçinin lehinə ifadə verəcək şahidlərə ona qarşı çıxış edənlərlə eyni şərait yaradılıbmı? Ərizəçinin Bakı Apelyasiya Məhkəməsindən əvvəl keçirilən prosesdə Konvensiyanın 3-cü (d) bəndinin 6-cı maddəsinin tələblərinə əsasən əleyhinə ifadə verən şahidlərlə tanış olmaq imkanı yaradılıbmı?

Hökumətdən inzibati məhkəmə icraatı ilə bağlı bütün sənədlərin, o cümlədən inzibati xəta, dinləmələr və şahid təqdimatları stenoqramlarının surətini təqdim etmək xahiş olunur.

Səmədovun vəkili Anar Qasımlının FaktXəbər-ə bildirdiyinə görə, müvəkkili Konvensiyanın 5-ci maddəsinə əsasən azadlıq hüququnun pozulduğundan şikayət edir və bildirir ki, qətimkan tədbirinin tətbiqi üçün heç bir əsas olmayıb və daxili məhkəmələr onun həbs qətimkan tədbirinin müddətinin uzadılmasını əsaslandıra bilməyiblər.

Vəkil daha sonra bildirib ki, Konvensiyanın 5-ci və 6-ci Maddələrinə əsasən müvəkili həbs qərarının qanunsuz olduğunu və o siyasi fəaliyyətinə görə cəzalandırıldığını deyir: “Xüsusən, o iddia edir ki, ədalətli məhkəmə araşdırması hüququ pozulub, çünki o, 07.01.2011 həbs edildikdən sonra vəkillə təmin olunmayıb və birinci instansiya məhkəməsindən əvvəl inzibati icraatda vəkil tərəfindən təmsil olunmayıb, Apelyasiya Məhkəməsində 19 yanvar 2011-ci il tarixində baş tutmuş məhkəmə onun iştirakı olmadan keçirilib. O, həmçinin öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxtın olmadığından və məhkəmənin inzibati icraatdakı qərarının əsassızlığından şikayətçidir. Avropa Məhkəməsinə edilmiş şikayətdə həmçinin bildirilir ki, Apelyasiya Məhkəməsindən əvvəl ona qarşı olan şahidlərin araşdırılması hüququndan məhrum edilib və ona qarşı şahidlərlə eyni şərtlər əsasında onun lehinə çıxış edən şahidlərin çağırılması və dindirilməsinə nail ola bilməyib.”

  • Yazılıb
  • da (də) 2014 Jul 31