Tarix : 2014 Jul 31
Kod 43616

Rəsul Cəfərovin ölkədən çıxmasına qadağa qoyuldu

Rəsul Cəfərov bu qadağanı qanunsuz hesab etdiyini və onun bir hüquq müdafiəçisi kimi fəaliyyətinə maneçilik cəhdi kimi qiymətləndirir

Arannews - Hüquq müdafiəçisi Rəsul Cəfərova ölkədən çıxmaq qadağan olund

Bu barədə Rəsul Cəfərovun özü məlumat verib.

Rəsul Cəfərov bu qadağanı qanunsuz hesab etdiyini və onun bir hüquq müdafiəçisi kimi fəaliyyətinə maneçilik cəhdi kimi qiymətləndirərək deyib: “Baş verənləri tamamilə qanunsuz hesab edirəm. Özümə heç bir məlumat və xəbərdarlıq etmədən, rəsmi məktubu qoyaq kənara, hətta telefonla xəbərdarlıq etmədən belə bir qərar qəbul ediblər. Belə bir qərar qəbul etdiklərini ayın 25-də ölkəni tərk edən zaman xəbər tutmuşam. İşimlə bağlı onsuz da çoxsaylı səfərlər edirdim,bu da növbəti  işgüzar səfərlərdən biri idi. Sərhəddə mənə bildirdilər ki, ölkəni tərk edə bilməzsiniz. Baş Prokurorluq iyulun 25-dən bununla bağlı qadağa qərarı qəbul edib. Mən də sərhəd xidməti ilə bunu heç bir halda mübahisə edə bilməzdim, çünki onlar həmin qərarı icra edirlər. Bakıya dünən qayıdandan sonra, bu gün də ölkədən buraxılmamağımla bağlı qadağadan rəsmi şəkildə məhkəməyə şikayət göndərmişəm. Bu qadağanı tamamilə qanunsuz və əsassız bir hal kimi qiymətləndirirəm və düşünürəm ki, həm bu qərar, həm də bundan qabaq mənim şəxsi hesablarıma qoyulmuş həbs qərarı birmənalı şəkildə mənim hüquq müdafiəçisi fəaliyyətimlə bağlıdır, fəaliyyətimə qarşı əks addımdır”.sorğu edilir".

  • Yazılıb
  • da (də) 2014 Jul 31