Tarix : 2014 Jul 28
Kod 43606

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində yanğın başlayıb

yanğın bu gün saat 13 radələrində işğal altındakı Ağdərə rayonunun İncə çay ərazisindəki neytral zonada naməlum səbəbdən meydana gəlib

Arannews - Təmas xəttində yanğın başlayıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yanğın bu gün saat 13 radələrində işğal altındakı Ağdərə rayonunun İncə çay ərazisindəki neytral zonada naməlum səbəbdən meydana gəlib.

Yanğının yaxınlıqdakı Goranboyun Yeni Hacıkənd Meşəbəyiliyinin 9 saylı dolayına keçməsinin qarşısının alınması məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının əməkdaşları, o cümlədən Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi hadisə yerinə cəlb olunub.

  • Yazılıb
  • da (də) 2014 Jul 28