Tarix : 2014 Jul 28
Kod 43602

Ermənistan cəbhədəki itkilərini təsdiqlədi

Erməni nazir cəbhədəki itkilərini təsdiqlədi: “1 hərbçimiz ölüb, 2-si yaralanıb”

Arannews - İyulun 25-dən 26-a keçən gecə erməni kəşfiyyat-təxribat qrupları Ağdam və Goranboy rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərib.

Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı nəticəsində düşmənin səngərlərimizə yaxınlaşması qabaqcadan aşkar edilərək təxribatın qarşısı alınıb. Qısamüddətli şiddətli atışmadan sonra erməni bölmələri itki verərək geri çəkilməyə məcbur edilib.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələrimizin bölmələri heç bir itki verməyib.

erməni tərəfi iyulun 25-dən 26-a keçən gecə cəbhədə itki verdiklərini təsdiqləyiblər.

İşğalçı dövlətin müdafiə naziri Seyran Ohanyan bu gün mətbuata verdiyi açıqlamada deyib ki, ötən gecəki atışmada 1 erməni hərbçisi ölüb, 2-si yaralanıb.

Ohanyan yenə də Azərbaycan tərəfini günahlandıraraq, bildirib ki, guya, hücum qarşı tərəfdən edilib.

O, erməniləri sakitləşdirmək üçün cəbhədə vəziyyətə nəzarət etdiklərini söyləməyi də unutmayıb.

  • Yazılıb
  • da (də) 2014 Jul 28