Tarix : 2014 Jul 28
Kod 43598

Rusiya Azərbaycani şantaj edir

Bir müddət sonra Rusiya çox çətin vəziyyətdə olacaq

Arannews - “Ruslar bütün vasitələrlə Azərbaycanı qorxudub Gömrük İttifaqına daxil etmək istəyirlər”.

Bu sözləri politoloq Vəfa Quluzadə Rusiyanın Azərbaycana qarşı atdığı son hadisələri şərh edərkən deyib.

O, Moskvanın Azərbaycana qarşı tədbirlər görməklə heç bir şey qazanmayacağını bildirib:

“Onlar Şimal Qafqaza texnika, qoşun yığır. Atəşkəsi də ermənilər rusların əliylə pozurlar. Mən bu əhvalatların hamısının iştirakçısı olmuşam. Amma inanmıram ki, onlar Ukrayna konflikti bitməmiş burada müharibə başlatsınlar. Çünki Ukraynadakı məsələlər Moskvaya böyük zərbə vurdu. Bir müddət sonra Rusiya çox çətin vəziyyətdə olacaq. Ona görə Rusiya gəlib burada müharibə edib Azərbaycanın torpaqlarını işğal etməklə heç bir şey qazanmayacaq. Qoşunları Qafqaza yığmaq, Dağıstanla bağlı yayılan xəbərlər, ermənilərin atəşkəsi pozması sadəcə şantajdır və Azərbaycanı qorxutmaq istəyirlər. Bir yandan qorxudub, o biri tərəfdən şirnikləndirirlər. Axır zamanda Azərbaycan haqqında xoş sözləri Kommunist partiyasının sədri Züqanov deyib. Bundan başqa isə hər gün Bakını söyən Jirinovski Azərbaycanın inkişafı haqqında xoş sözlər işlədir. Göstərməyə çalışırlar ki, biz dostuq. Amma dost ola bilməyəcəyik, çünki onlar ermənilərə yardım edirlər. Əsas məsələ bizim müstəqilliyimizi qoruyub saxlamaqdır”.  

  • Yazılıb
  • da (də) 2014 Jul 28