Qüdsdə iştirak etmək, təkcə Fələstin xalqının deyil, bütövlükdə məzlumların tərəfində olmaq, zalımlara etiraz deməkdir
Arannews - “Biz
zülmə məruz qalmış, torpaqları işğal olunmuş ölkəyik. Biz o ağrı, acını hamıdan
gözəl dərk edirik. Qüdsdə iştirak etmək,
təkcə Fələstin xalqının deyil, bütövlükdə məzlumların tərəfində olmaq,
zalımlara etiraz deməkdir. Biz bu məktəbi peyğəmbərdən, Əhli-Beytdən öyrəndik. Qurandan tövsiyyədir, həmişə məzlumların tərəfində
olmaq. Qüds günü etiraz etmək insanın şəri, ibadi məsələsidir. Bu əməl
orucluqda edilən əməllərin möhürü kimidir..”
AİP sədr əvəzi
Hacı Elçin Manafov
"Mübarək
Ramazan ayının içindəki Qüds gününün mahiyyəti, əslində, bu mübarək ayın
ictimai və siyasi müstəvidə olan təqva dərslərindən ibarətdir.
Əhyadan çıxmış bir müsəlman Allah ayının
sonuncu cümə günü özünün gerçək insan imtahanını, insani kamillik baxımından
bir növ yetkinlik imtahanı verir"
DEVAMM-ın
sədri Hacı İlqar İbrahimoğlu
“Qarabağ bizə
ildə qeyd olunacaq bir gün deyil, hər günümüzün proritet məsələsidir və bu məsələnin
həllinə nail olana qədər yaşadığımız hər saat və gün Qarabağ günü olmalıdır.
Necə ki, Fələstin xalqına keçən hər gün Qüds günüdür.”
Nüfuzlu din xadimi, ilahiyyatçı alim Sərdar
Hacıhəsənli
"Bütün
İslam dünyası, müsəlmanlar və hətta qeyri-müsəlmanlar bu gündə Qüdsün özünün və
Qüdsdə yaşayan insanların müdafiəsinə qalxır, həmin gün bütün dünyada aksiyalar
keçirirlər. Bu baxımdan Qüds gününü mübarizə, etiraz günü kimi də dəyərləndirmək
olar."
Quran
hafizi, ilahiyyatçı alim hacı Zülfüqar Mikayılzadə
“Mən hesab
edirəm ki, bütün müsəlman dünyasının, bütün türk dünyasının və bütün bəşəriyyətin
ən mühüm günü- Kərbəlası da, Qüdsü də bu gün İraqda, Suriyada baş verənlərdir.
Yəni bütövlükdə Yaxın Şərqdə baş verənlərdir. Bu istiqamətdə, yəni insan
haqlarının qorunması istiqamətində vəhdət günlərində, mübarək Ramazanda,
xüsusilə də inanclarımıza görə duaların qəbul edildiyi müqəddəs günlərdə
başlıca diqqət buna yönəlməlidir.”
KXCP sədri
Mirmahmud Mirəlioğlu
“Qüdsün
azadlığı bütün müsəlman dünyasına olunan təcavüzlərə son qoyulması deməkdir.”
AİP-n
sabiq sədri, Nardaran ağsaqqalı Hacıağa Nuri
“Qüds -
paklıq, müqəddəslik deməkdir. Hələ qədim dövrlərdən mütəfəkkirlərin Qüds şəhərini
“Vəhyin əski paytaxtı” adlandırması buranın peyğəmbərlər şəhəri olması, bəşəriyyətin
ilahi ilə təmasda xüsusi rol oynaması ilə bağlıdır. Bu baxımdan Qüds artıq öz
mahiyyəti etibarilə cahanşümul xarakter daşıyır və obrazlı desək, təkcə bir şəhərin,
bir məkanın adını deyil, millətindən, dilindən, dinindən asılı olmayaraq, bütün
bəşəriyyət üçün əhəmiyyət kəsb edən ilahi dəyərlərə verilən ümumi ad mənasını əks
etdirir.”
"Mənəvi
Saflığa Dəvət” İctimai Birliyinin sədri, AMEA-nın elmi işçisi, fəlsəfə doktoru
Elşən Mustafaoğlu
“Qüds günü
özlüyündə olduqca müsbət təşəbbüsdür. Vəhdətə çağırış üçün vaxtında atılmış
müdrik qərardır. Amma müsəlman
dünyasının birləşməsinə, həmrəylik
yaradaraq ağıllı siyasət yürütməsinə
ümid çox azdır. Qüds günü vaxtında və yerində irəli sürülmüş ideya olsa da, təəssüf
ki, bütövlükdə ərəb dünyası şeyxlərinin vicdanını oyatmağa, onlara mübarizə əzmi
verməyə gücü çatmır.”
Tanınmış
siyasi analitik Zərdüşt Əlizadə
“Bu ilahi
çağırış günü həqiqətən də haqqın batilə qarşı, ədalətin zülmə qarşı olan
günüdür. Qüds günündə insanlar haqq səsini ucaldır, işğalçılara yox deyir,
zalımları mühakimə edirlər.”
İslam
Araşdırmaları Mərkəzinin rəhbəri, ilahiyyatçı alim Əliyev
“Qüds günü
bütün dünya müsəlmanlarının qardaşlığı, həmrəyliyi günü olduğu üçün mühüm önəm
daşıyır. Bu gün sionistlərin, İŞİD-in, vəhhabilərin
dünyada törətdikləri terrorlar Qüdsün işğalının davamı kimidir. İslamı dünyada
terror dini kimi göstərmək, bəşəriyyətin
gözündən salmaq məqsədi ilə düşmən bu cür əməllərə əl atır.
Beynəlxalq
Qüds günündə bütün müsəlmanlar həmrəy olub ilk qibləgahımızın azad olunmasını tələb
etməli, terrora son qoymaq, qan tökülməsinin qarşısını almaq uğrunda mübarizəyə
qalxmalıdır. Tezliklə Qarabağ torpaqlarımızın azad olunmasını da qətiyyətlə tələb
etməliyik.”
Fatimeyi-Zəhra
(s.ə) məscidinin axundu Hacı İlqar Rəcəbov
“Azərbaycana
qarşı baş verənləri Fələstinə qarşı baş verənlərin tam oxşarı hesab etmək olar.
Məhz buna görə də zülmün qaynaqlandığı bir nöqtə silinməyincə ikinci, üçüncü və
daha çox belə nöqtələr meydana gələr.
Necə ki, bu gün Suriya və İraqda, Əfqanıstanda baş verən faciələr yüzlərlə, minlərlə, hətta milyonlarla günahsız insanın məhvinə gətirib çıxarır.
Çünki saydıqlarımızın hamısı Qüdsün davamı, müsəlman qətliamı silsiləsidir.”
AİP siyasi şöbəsinin rəhbəri Akif Heydərli
“İmam
Xomeyninin (r.ə) Ramazan ayının axırıncı cüməsini Qüds günü elan etməsi, bu
problemi, yəni işgal olunmuş fələstin torpaqlarının problemini bir daha
dünyaya bəyan etmək məqsədi daşıyırdı.
İmamın bu qərarı elə bir vaxtda oldu ki, bu problem bütün ərəb ölkələrində, müsəlman
dövlətlərində unudulmuşdu. Qüds gününün elan edilməsi azadlıq uğrunda mübarizəni
kuliminasiya nöqtəsinə gətirdi.”
İslamçıların
Hüquqlarını Müdafiə Komitəsinin sədri, Nardaran ağsaqqalı Kərbəlayi Natiq Kərimov
“Biz QAT
olaraq, Qüdsün və Qarabağın azadlığını
müsəlmanların gücünün birləşdirilməsi və bir araya gəlməsində görürük.”
Qarabağ
Azadlıq Təşkilatının sədri Akif Nağı
“Qəlbində
ilahi dəyərləri yaşadan, ruhunda vicdan daşıyan hər bir müsəlman bir araya gəlib
bu zülmə, bu cinayətkarlığa son qoyulmasını tələb etməlidir. İmam Hüseyn(ə) qiyamı haqla batilin mübarizə
simvolu olduğu kimi Qüds günü də sionizmin simasında bütün işğalçılara qarşı
etiraz simvoludur”.
AİP sədrinin
təşkilati məsələlər üzrə müavini Vüqar İbayev
“İmam
Xomeyni (r) bu günü təyin etməklə bəşəriyyətin gözündən qorxu zəncirlərini
söküb atdı”
“Milli Mənəvi
Dəyərlər” İctimai Birliyinin sədri Ruhullah Novruzzadə
“Xomeyni ağa
Müqəddəs gün kimi Qüds gününü qərar verdi. Qüds günü vacibdir, yerində deyilən
məramdı. Şübhəsiz ki, bu günə bizim xüsusi münasibətimiz olmalıdır. Əsil möminlər
İmam Zamanı(ə.f) qarşılama zamanı əməli
ilə meydanda olanlardlr. Onlar Qüdsdə olmasalar,
onun azadlığı uğrunda mübarizə aparmasalar
Kəbəyə gedə bilməzlər.”
Əlyazmalar
İnstitutunun elmi işçisi, elmlər namizədiHacı Seyid Musarza Heydərzadə
“Fikrimcə,
beynəlxalıq Qüds gününün elan edilməsi vəhdət-birlik üçün atılan və gələcəyə hesablanmış ən ağıllı və cəsarətli
bir müraciətdir”.
ADP sədri
Sərdar Cəlaloğlu
“Qüds
zalımlara qarşı məzlumun yanında olmaqdır,eyni zamanda Qüds Qarabağdır,
Şuşadır, işğal altında qalan digər müsəlman torpaqlarıdır. Bu gün Qarabağ da
işğal altındadır və bu, Qüdsün işğalının davamıdır.”
AİP sədrinin
müavini Elşən Orucov
“Çağdaş
dövrümüzdə də yenə Qüdsü müqəddəs qibləgah kimi, məkan kimi uca tutmalıyıq. Bu,
bir müsəlman olaraq hər birimizin, bizdən sonra gələn nəsillərin şəri borcudur.
Bu gün əfsuslar olsun ki, o qibləgah, müqəddəs Qüds şəhəri işgalçı rejim olan
İsrail tərəfindən zəbt olunub.”
İlahiyyatçı
alim Hacı Vasif Məftullayev
“Qüds
dünyanın ən modern silahlarına malik bir rejimin qarşısında əliyalın
dayananların, qundaqda ikən sionistin zülmü ilə tanış olan körpənin səsi ilə
danışmaq günüdür. Qüds demokratiya carçılarına, ədalət carçılarına zülmün mərkəzinin
göstərildiyi gündür.”
AİP Səlyan
rayon komitəsinin sədri Murad Abdullayev
“Bu gün Qəzzada,
İraqda baş verənlər bir daha göstərir ki, müsəlmanların vəhdətinə, birliyinə
nail olmaq üçün belə bir günə çox böyük ehtiyac var. Və bu baxımdan, imam
Xomeyninin Qüds adı altında vəhdətə-birliyə çağırış günü elan etməsi onun bu
addımının 30-40 il əvvəli görüb dəyərləndirə bilmək qüdrətindən, siyasi uzaqgörənliyindən
xəbər verir.”
Əhli-beyt
şairi Nazim Mizan