Tarix : 2014 Jul 25
Kod 43574

Qüds güni aksiyasinda saxlanılanlar məhkəməyə çıxarıldı

Bu gün Beynəlxalq Qüds günü ilə əlaqədar Qəzzada baş verən qətliama etiraz etmək üçün İsrail səfirliyinin qarşısında aksiya keçirən AİP fəalları məhkəmə qarşısına çıxarılıb

 Arannews - AİP fəalları aldığımız son xəbərə görə, saxlandıqları Yasamal Rayon Polis bölməsində 51 manat civarında cərimələnərək azad edilirlər.
Bu gün Beynəlxalq Qüds günü ilə əlaqədar Qəzzada baş verən qətliama etiraz etmək üçün İsrail səfirliyinin qarşısında aksiya keçirən AİP fəalları məhkəmə qarşısına çıxarılıb.
Verilən xəbərə görə, saxlanılan 44 nəfərdən 8-i qadın olmaqla əksər aksiyaçıların cərimələndiyi bildirilir.
Onlardan 5 nəfər, AİP sədr əvəzi Hacı Elcin Manafov,  sədrin təşkilati işlər üzrə müavini Vüqar İbayev, partiyanın Qadınlar Surasının sədri Növrəstə İbrahimova,   Neftcala rayon şöbəsinin üzvü Mirmehdi Bağırov, partiya üzvü Səbuhi Səimov Yasamal Rayon Məhkəməsinə aparılıb. Hazırda 5 nəfərin məhkəmə prosesi gedir.

  • Yazılıb
  • da (də) 2014 Jul 25