Tarix : 2014 Jul 25
Kod 43573

İsrail səfirliyilə bağlı Mayis Güləliyev polisə çağrıldı

Bu barədə məlumat verən “Vətən” blokunun icraçı katibi, politoloq Mayis Güləliyev bildirib ki, “Azərbaycan İslam Partiyası bu gün səhər saatlarında İsrail səfirliyi qarşısında etiraz aksiyası keçirmək istəyib

 Arannews -Bu gün səhər saatlarında işğalçı İsrail rejimi qarşısında keçirilən etiraz aksiyasına görə Mayis Güləliyevi 22-ci polis bölməsinə çağırıblar .

Bu barədə İslamazeri.az saytına məlumat verən  “Vətən” blokunun icraçı katibi, politoloq Mayis Güləliyev bildirib ki, “Azərbaycan İslam Partiyası bu gün səhər saatlarında İsrail səfirliyi qarşısında etiraz aksiyası keçirmək istəyib. AİP-in hal-hazırda bizim blokun qərargahında yerləşdiyi üçün məni də 22-ci polis bölməsinə çağırıblar. Yəqin ki, gün ərzində polis bölməsinə gedəcəyəm.”

Qeyd edək ki, bu gün səhər saatlarında Azərbaycan İslam Partiyasının üzvləri işğalçı İsrail rejiminin Bakıdakı səfirliyi qarşısında "Beynəlxalq Qüds günü" ilə əlaqədar etiraz aksiyası keçirib.

Polis etiraz aksiyasına müdaxilə edib, çox sayda inanclı saxlanılıb.

  • Yazılıb
  • da (də) 2014 Jul 25