Tarix : 2014 Jul 25
Kod 43571

Qarabağ veteranı Prezident Aparatının qarşısında özünü yandırmağa cəhd etdi

Fəqan Nəsibov özünü Prezident Administrasiyasının (PA) qəbul otağının qarşısında yandırmağa cəhd etdi

Arannews -  Qarabağ müharibəsi veteranı, sahibkar Fəqan Nəsibov özünü  president,Administrasiyasının (PA) qəbul otağının qarşısında  yandırmağa cəhd etdi.
veteranın özünə qəsdə vadar edən səbəb məmur özbaşınalığıdır. F.Nəsibovun verdiyi məlumata görə, Zərdab rayon İcra Hakimiyyətinin başçısı Lütfəli Babayev onun 65 min dollarını mənimsəyib. O, üzləşdiyi haqsızlıqla bağlı hara şikayət etsə də sözünü eşidən olmayıb. Veteran son çıxış yolunu özünə qəsd etməkdə görüb. F.Nəsibov üzərinə benzini töküb özünü yandırmaq istədikdə, Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları tərəfindən hadisənin qarşısı alınıb.

 

  • Yazılıb
  • da (də) 2014 Jul 25