Tarix : 2014 Jul 25
Kod 43568

İsrailin Qəzzaya hücumunda ən böyük məsuliyyəti ABŞ daşıyır

ABŞ öz strateji mənfəətləri üçün İsraili dəstəkləyir

 Arannews - Dunyabultenin verdiyi xəbərə görə, amerikalı məşhur yəhudi publisist Noam Çomski, Yaxın Şərqdə yaşanan son hadisələr və İsrail rejiminin Qəzza zolağına hücumları barədə danışıb.

Noam Çomski “Beynəlxalq ictimaiyyət” ifadəsinin mənasız, boş söz olduğunu bildirib və “Bu gün dünya dövlətləri, hər şeyi öz milli mənfəətləri üçün edirlər. ABŞ da öz strateji mənfəətləri üçün İsraili dəstəkləyir. Avropa İttifaqı da Qəzzada bu gün baş verənləri diqqətə almır. Ərəb dunyası isə dərin formada parçalandığı üçün qüdrətsizdir.” - deyə əlavə edib.

"İsrailin Qəzzaya hücumunda ən böyük məsuliyyəti ABŞ daşıyır" - deyən Çomski, BMT-nin də böhranın həlli üçün heç bir şey etmədiyini vurğulayıb.

İnsanların İsrail rejiminin hücumlarının BMT tərəfindən dayandırılmasını gözləməməli olduğunu qeyd edən Çomski belə danışıb:
"Bu gün BMT böyük imperialist qüvvələrin əmrindədir. Bu mümkün deyil. Çünki BMT dünya siyasətində müstəqil hərəkət edə bilmir və qüdrətli faktor deyil. Bunu hər kəs anlamalıdır. BMT ancaq imperialist qüvvələrin dediklərini edir. Məsələn ABŞ İsrailin Fələstində törətdiyi qətliamları dayandırmaq üçün bütün təkliflərə veto qoydu." 

  • Yazılıb
  • da (də) 2014 Jul 25