Tarix : 2014 Jul 24
Kod 43557

Azərbaycan bütün istiqamətlərdə hücum qüvvələri hazırlayır

Naxçıvanda hazır zərbə qüvvələri yaradılıb
Arannews - “Azərbaycan Rusiyadan silah alaraq bütün istiqamətlərdə hücum qüvvələri hazırlayır. Artıq Naxçıvanda hazır zərbə qüvvələri yaradılıb”.
 bu açıqlama ilə erməni politoloqu Manvel Sərkisyan çıxış edib. Onun sözlərinə görə, Azərbaycan müharibəyə hazırlaşır:

“Azərbaycanda müharibəyə hazırlıq gedir və rəsmi Bakı hər gün bu iddia ilə çıxış edir. Azərbaycan müharibənin nə olduğunu bilir və Ermənistanı qoruyan Rusiyadan müharibəyə qarışmayacağı ilə bağlı müsbət cavab almağa çalışır. Ermənistan bunu anlayır və bu məsələdə öz mövqeyini göstərməlidir. Bu, mexanizmdir və onun qarşısı alınmasa, səni əzərlər, necə ki, bu, bir neçə dəfə baş verib”.

Erməni politoloq 90-cı illərdə işğalçılıq siyasəti apardıqlarını da xatırladıb və burada Rusiyanın yardımını inkar edib:
“90-cı illərdə öz əməllərimizi yerinə yetirəndə bizə yardım edən olmadı. İndi də heç kimə ümid etməməli və öz ayaqlarımız üstə durmalıyıq”.

  • Yazılıb
  • da (də) 2014 Jul 24