Tarix : 2014 Jul 24
Kod 43552

Zalımları Qorxuya Salan Gün

Bu gün əslində düşmənin qorxuya düşdüyü gündür

Ümumdünyа Qüds günü İslаm dünyаsının dаhi mütəfəkkiri İmаm Хоmеyni tərəfindən qəsbkаr siоnizmin Qüdsün işğаlınа еtirаz və dünyа хаlqlаrının bu hаqsızlığа diqqətini yönəltmək üçün еlаn еtdiyi bir tаriхdir.

Allah İmam Xomeyniyə rəhmət etsin. Həqiqətən müsəlman dünyası üçün çox böyük bir nemət qoyub getdi. Hər il mübarək Ramazan ayının sonuncu cümə günü Qüds Günü və müsəlmanların vəhdət günü kimi qeyd edilir.

Bugün məzhəbindən asılı olmayaraq bütün müsəlmanlar Qüds Gününü qeyd edirlər. Bu gündə müsəlmanlar əsasən Qüdsün azadlığından, İslami vəhdətdən və zalımlara qarşı mübarizədən danışaraq bir daha dünyada gedən çirkin siyasətə qarşı öz narazılıqlarını ifadə edirlər.

Bu gün əslində düşmənin qorxuya düşdüyü gündür. Çünki, düşmənin yeganə qorxduğu şey məhz İslami vəhdətdir. Bu səbəbdən də düşmən var qüvvəsi ilə çalışır ki, Beynəlxalq Qüds Gününü keçirilməsinin qarşısını alsın.

Bu günü başa düşmək üçün gərək Ramazan ayını başa düşək. Ramazan ayı – ünsiyyət,

” Bugün Azərbaycanda rəhbərlər sionistlərin diqtəsi ilə hərəkət edirlər. Ölkəmizdə məscidlərin sökülməsi, azana qadağa, hicaba qadağa və mübariz insanların və ruhanilərin həbs edilməsi bütün bunlara sübutdur. “

paylaşma, anlama, oyanma, özünüdərk ayıdır. Ramazan ayının əməllərində əsas aparıcı xətt olaraq digərlərinin halını bölüşmək fəlsəfəsi durur.

Evində rahat iftar edən hər kəs bilməlidir ki, neçə-neçə müsəlman ailələri var ki, günün sonunda nəinki iftar açacaqlarına, heç sağ qalacaqlarına yəqinliyi yoxdur. Bu ayı öz əqidələrinə görə məhbəslərdə ailəsindən uzaq, əsirlikdə keçirənlər var. Bu ruhiyyədə böyümək Ramazan ayının son cüməsi öz aktuallığını daha da artırır.

Qüds günü əsasən İsrailə qarşı olan etirazlarla yadda qalır. Hamımıza məlum olduğu kimi Qlobal dövlətlərin İsrail dövlətini yaratmaqda məqsədləri təkcə Fələstini işğal etmek deyil, bəlkə onlar bütün ərəb müsəlman ölkələrini Fələstin dövləti kimi işğal etmək niyyətindədirlər. Çox təəssüflər olsun ki, dünya İsrailin məzlum Fələstin xalqının başına açdığı oyunlar qarşısında səssiz durur.

Adlarını demokratiya və insan haqqlarının müdafiəçisi qoyanlar nədənsə bu haqsızlıqlar qarşısında səssiz dayanıblar. Tarixin hansısa bir dövründə faşist Hitler tərəfindən soyqırıma məruz qaldıqlarını iddia edən sionistlər indi müsəlmanlara qarşı soyqırım siyasəti yürüdürlər. Bunların yalnız bir məqsədi var, o da budur ki, müsəlmanları əzərək torpaqlarını əllərindən almaq və özlərini də qul kimi işlətmək.

Bugün Qarabağ, Fələstin, İraq, Əfqanıstan , suriya və s. İslam torpaqları qan ağlayır. Bir vaxtlar İslam ərazisi olan bu torpaqlar bu gün işğal altındadır. Hər gün dünyada xüsusilə bu torpaqlarda neçə-neçə dinc müsəlman qətlə

” Sionistlərin əsas qorxacaq yerləri məhz Şiə İslamdır. Gərək bütün müsəlman dövlətləri İrandan nümunə götürələr. Dünyada yeganə dövlətlərdən biridir ki, düşmən İsrailin qarşısında qorxmadan alnı açıq, üzü ağ dayanıb. “

yetirilir.

İndi ilk qibləmiz – Qüds sionistlərin işğalı altındadır. Ötən əsrin ortalarından başlayaraq bu torpaqda on minlərlə insan şəhid edilib, zülmlərə məruz qalıb. İsrail qəsibkarları durmadan Qəzzada soyqrım həyata keçirirlər.

Fələstin xalqı artıq minlərlə şəhid vermişdir. Bölgədə hətta ərzaq və tibbi ləvazimatlar tapılmır. Çünki kafir ölkəsi bu dövləti blokada şəraitində saxlamaqdadır. Lakin şükrlər olsun ki, bu torpaqda həqiqi müsəlmanlar, haqq aşiqləri, mücahidlər var və kifayət qədərdir.

Onlar işğalçılara qarşı cihad edirlər. Bu vətəndə 5-6 yaşlı ayaqyalın və ac uşaq da qorxmadan düşmən tankına daş atır. Ancaq tək Fələstin xalqı bu dünyanın hegamon dövlətləri tərəfindən himayə edilən və dəstəklənən Sionist dövləti qarşısında tab gətirmək iqtidarında deyil.

Gərək özünü müsəlman bilən hər bir şəxs məzlum Fələstin xalqına əlində olan imkanlardan istifadə edərək bacardığı qədər kömək edə. Gərək bizlər İsrailin cinayətlərini hər yerdə ifşa edək və Fələstinin məzlumiyyətindən danışaq.

Bu sahədə əsas iş müsəlman dövlətlərinin rəhbərlərinin üzərinə düşür. Ancaq çox təəssüflər olsun ki, bir çox müsəlman dövlətlərinin rəhbərləri Sionizmin nökərlərinə çevriliblər. Fələstində baş verən haqqsızlıqlara göz yummaqları azmış kimi öz dövlətlərində də Sionizmin siyasətini yeridirlər. Hələ öz ölkəmiz olan Azərbaycana baxsaq bunun şahidi olarıq.

Bugün Azərbaycanda rəhbərlər sionistlərin diqtəsi ilə hərəkət edirlər. Ölkəmizdə məscidlərin sökülməsi, azana qadağa, hicaba qadağa və mübariz insanların və ruhanilərin həbs edilməsi bütün

” Onlar gözəl bilirlər ki, İslam dəyərlərinə sahib çıxan xalq çox əzəmətli olur. Onların bu hədələri əslində elə hədə olaraq qalacaqdır. Çünki İranla müharibəyə getmək ağılsızlıqdan başqa bir şey deyildir. “ bunlara sübutdur.

Bugün sionizmin Azərbaycana xüsusi həssasiyyəti var. Çünki Azərbaycan əhalisinin 85%-i Şiə Müsəlmandır. Sionistlərin əsas qorxacaq yerləri məhz Şiə İslamdır. Gərək bütün müsəlman dövlətləri İrandan nümunə götürələr. Dünyada yeganə dövlətlərdən biridir ki, düşmən İsrailin qarşısında qorxmadan alnı açıq, üzü ağ dayanıb.

Bu səbəbdəndir ki, bütün İslam ölkələrini ələ alan, ala bilmədiklərini işğal edən imperialist qüvvələr indi də yeganə İslam dövləti olan və İmam Hüseynin Kərbəla məktəbini yaşadan İranı müharibə ilə hədələyirlər. Onlar gözəl bilirlər ki, İslam dəyərlərinə sahib çıxan xalq çox əzəmətli olur. Onların bu hədələri əslində elə hədə olaraq qalacaqdır. Çünki İranla müharibəyə getmək ağılsızlıqdan başqa bir şey deyildir. Bu millətin bir milyondan yuxarı bir etiqad ətrafında birləşən, şəhidlik şərbətini içməyə hazır olan könüllü ordusu və yirmi milonluq bəsicisi var.

Bunların bu hədələri yalnız psixoloji müharibədən başqa bir şey deyil. Gözümü açandan bəri hələ hey eşidirəm ki, İranı vurmaq istəyirlər. Kiçik bir qrup olan Hizbullah ilə bacarmayan düşmən bu qədər şəhadətə hazır olan və başında öz siyasət və ədaləti ilə dünyanı heyrətə gətirən Ayətullah Xamenei kimi bir İslam Rəhbəri olan İran ilə necə bacaracaq.

Eşq olsun daim şəhadət şərbətini içməyə hazır olanlara. Eşq olsun İslam Rəhbərinə ki, bügün düşmən qarşısında mərdi mərdanə dayanıb. Bütün müsəlmanlar İslam Rəhbərinin əmri altında daim düşmənlə mübarizə aparmağa hazırdırlar. Məhz budur bugün İslam düşmənlərini qorxuyan salan.

  • Yazılıb
  • da (də) 2014 Jul 24