Tarix : 2014 Jul 24
Kod 43548

Qüds günü vəhdətə çağırışdır

Qəzzada insanlar kütləvi şəkildə qətlə yetirilir, minlərlə yaralı köməksiz vəziyyətdədir

Arannews - Tanınmış siyasi analitik Zərdüşt Əlizadə Qüds günün müsəlmanların vəhdətinə doğru bir təşəbbüs olduğunu vurğulayıb.

İslamınsesi  saytının Beynəlxalq Qüds günü ilə bağlı təşkil etdiyi virtual Forum-dəyirmi masada deyib : "İmam Xomeyni hər il mübarək Ramazanda axırıncı cüməni Qüds günü elan edib.  Bu təşəbbüs bütün İslam aləmini bu şüar altında birləşdirmək məqsədi daşıyırdı. Bu gün qüdrətli müttəfiqlərə, müasir silahlara malik İsraillə təkbaşına döyüşən HƏMAS-a İran əlindən gələn köməyi edir və diplomatik sahədə də İsrailin təcavüzkar siyasətinə etirazını bildirir."

Zərdüşt Əlizadədə deyib :"Qüds günü özlüyündə olduqca müsbət təşəbbüsdür. Vəhdətə çağırış üçün vaxtında atılmış müdrik qərardır.  Amma müsəlman dünyasının birləşməsinə,  həmrəylik yaradaraq  ağıllı siyasət yürütməsinə ümid çox azdır. Qüds günü vaxtında və yerində irəli sürülmüş ideya olsa da, təəssüf ki, bütövlükdə ərəb dünyası şeyxlərinin vicdanını oyatmağa, onlara mübarizə əzmi verməyə gücü çatmır."

Zərdüşt Əlizadədə xain dövlətlər barəsində isə deyib : "20-ci əsrdəbir çox müsəlman-ərəb dövləti rəhbərlərinin bivecliyi, satqınlığı səyasində, Fələstin torpağında yəhudi dövləti yarana bildi. Yenə də həmin ərəb rəhbərlərinin bivecliyi ucbatından ərəblər bu torpaqlar üzərində apardıqları müharibədə bir ovuc yəhudiyə məğlub oldular. İndinin özündə bölgədə çox ağır vəziyyət yaranıb."

Zərdüşt Əlizadədə əlavə edib : "Qəzzada insanlar kütləvi şəkildə qətlə yetirilir, minlərlə yaralı köməksiz vəziyyətdədir.  FƏTH isə sakitcə oturub buna tamaşa edir. Mahmud Abbas nəticəsi olmayacağını bilə-bilə danışıqlar aparır. Elə bir mənzərə alınır ki, Fələstin xalqı ilə həmrəylik nümayiş etdirən qüvvələrin sayı Qərbdə daha çoxdur,  nəinki ərəb ölkələrində ... Müsəlman dövlətləri arasında ən ardıcıl həmrəylik göstərən ölkə İrandır."

  • Yazılıb
  • da (də) 2014 Jul 24