ruhani Abgül Süleymanovun İsrailin Qəzzada törətdiyi qətliama etiraz açıqlamasını təqdim edilir
Arannews - Qüdsün işğal edilməsinə səssiz qalındığına görə
bu gün dünya birliyi bizim torpaqların alınmasına susur"
ruhani Abgül Süleymanovun İsrailin Qəzzada törətdiyi qətliama
etiraz açıqlamasını təqdim edilir.
"Bağışlayan və mehriban Allahın adı ilə.
“Axı o hansı günaha görə öldürüldü?” soruşulacağı zaman” (Təkvir
9).
Allah insanı yaratdığı zaman özünə “əhsən” dedi. Yaradanın
yaratdığı şeyə görə özünə “əhsən” deməsi yarananın əzəmətindən xəbər verir.
Lakin Allahın özünə əhsən deməsinə səbəb olan insan bəzən öz məqamının
aliliyini unudaraq özünə zülm edir, xəsarət yetirir. Bəzən bu xəsarət yalnız
ruhuna bəzən isə cisminə tuş gəlir. Ağıllı insan özünü həm ruhuna həm də cisminə
zərər yetirəcək şeylərdən qoruyandır. Cismi xəsarətin acısı qısa zamanda hiss
edilsədə, ruha dəymiş zərəri anlamaq və çarə tapmaq çətindir. Ruha tuş gəlmiş xəsarəti
anlamaq üçün onun həqiqətinə çatmaq və ya buna nail olmuş şəxsdən yardım istəmək
lazımdır.
İslam insanları can və ruh baxımından birləşdirir və onları
cismən və ruhən bir hesab edir. Bu gün Fələstin torpaqlarında, Qəzzada qətlə
yetirilən, zülmə məruz qalan əziz müsəlman bacı və qardaşlarımıza canımız
yanmır, onları düşünmür, dərdlərinə şərik olmur, dadlı yeməklər rahatca
boğazımızdan keçir, bu mübarək ayda onların halını anlamırıqsa biz onları nə
cismən nə də ruhən özümüzdən bilmirik və İslamın həqiqi mahiyyətini
anlamamışıq. İslam demək istəyir ki, mən bir bədənəm, sizdə mənim üzvlərim.
Hansı birinizə xəsarət daxil olarsa digəri əziyyət çəkməli və o xəsarətin həlli
üçün əlindən gələni etməlidir. Olunan zülmə, zalıma etiraz edilməli, məzluma dəstək
verilməlidir.
Bu gün əgər bir nəfər insani fitrətə zidd olan zülmə etiraz
etmirsə demək “Onlar heyvan kimidirlər, hətta daha çox azğındırlar” (Əraf 179).
Zülmə etiraz etmək həm insan həm də müsəlman olmağın göstəricilərindəndir.
Quran möminlər barəsində belə buyurur: “Onunla (Muhəmmədlə) birlikdə olanlar
kafirlərə qarşı sərt, bir-birinə isə mərhəmətlidirlər” (Fəth 29). Özünü Peyğəmbərlə
(s) birlikdə bilənlər, ən azı insanam deyənlər məzlum Fələstin xalqına olunan
zülmə etirazını bildirməlidir.
Əziz Azərbaycan xalqı bu hadisələrə xüsusi önəm və diqqət
ayırmalıdır. Qüdsdə olunan zülmlərə etiraz olunmadığına görə Qarabağ da işğal
edildi. Qüdsün işğal olunmasına susulduğuna görə Şuşa işğal olundu. Qüdsün
işğal edilməsinə səssiz qalındığına görə bu gün dünya birliyi bizim torpaqların
alınmasına susur.
Sonda bütün vicdanlı şəxsləri və müsəlmanları başda Azərbaycan
xalqı olmaqla bu zülmlərə etiraz etməyə çağırıram. Səsinizi ucaldın. Çünkü,
“Allah pis sözün ucadan deyilməsini sevmir. Ancaq zülm olunan kimsələr
istisnadır. Allah Eşidəndir, Biləndir.” (Nisa 148)."