Tarix : 2014 Jul 23
Kod 43533

Azərbaycan Ruhanilər Məclisi Qəzzada baş verən hadisələrlə bağlı bəyanat verib

Azərbaycan Ruhanilər Məclisi (ARM) Qəzzada baş verən qətliamı pisləyir və cinayətkar israil rejimindən insanlara qarşı bu amansız rəftarını dayandırmağı tələb edir

Arannews - Günahsız körpələrin qanı üzərində qurulan "dövlət" heç vaxt yaşam haqqı qazanmayacaq.

Azərbaycan Ruhanilər Məclisi (ARM) Qəzzada baş verən hadisələrlə bağlı bəyanat verib. Bəyanatda bildirilir:

یوم المظلوم علی الظالم اشد من یوم الظالم علی المظلوم

(İmam Əli (ə): Yəvmul-məzlum ələz-zalim əşəddu min yəvmiz-zalim əlal-məzlum) (Məzlumun zalimdən intiqam aldığı gün, zalimin məzluma zülm etdiyi gündən daha ağırdır.)

Azərbaycan Ruhanilər Məclisi (ARM) Qəzzada baş verən qətliamı pisləyir və cinayətkar israil rejimindən insanlara qarşı bu amansız rəftarını dayandırmağı tələb edir. Işğalçı siyasətini minlərlə günahsız körpə uşaq, qadın ,yaşlı və bir sözlə bir neçə on illikləri blokada şəraitində köməksiz qalanların qanı üzərində quran terrorist dövlətin günbəgün millətlər tərəfindən pisləndiyini xatırladır.

Bu gün hegemon dövlətlər tərəfindən birbaşa himayə olunan, elə bunun sayəsində yırtıcı simasını dünya mediasından məxfi saxlamağı bacaran qəsbkar rejim, artıq ifşa olunmaqadadır.  Qəzzada körpələrin tökülən qanı  bu rejimin həqiqi kimliyini  açıqlamaqdadır. Bütün  bunlara rəğmən bəzi ölkə rəhbərlərinin günahsızların qanı üzərinə ayaq qoyaraq  qəsbkar rejimin əməlllərinə dəstək verməsi faciədir. Qərbin məxfi əllləri sayəsində qanlı müharibələrə başı qarsımış müsəlman dövlətlərə gəldikdə isə  bu daha böyük dərddir.

Son zamanlar dünyada baş verən işğalçı addımlara şahid olduq, lakin dünya ictimaiyyəti işğalçı siyasətlərə qarşı heç bir ciddi addım atmadı. Məhz elə bu, işqalçılıq öncülü olan qəsbkar israil rejiminə, yeni əraziləri işğal etmək  məqsədi ilə şəraitin uyğun olduğu təsəvvürünü yaratdı. Amma unutmamalı ki, günahsız körpələrin qanı üzərində qurulan "dövlət" heç vaxt  yaşam haqqı qazanmayacaqdır. AXI ALLAH VAR. Onun qəzəbi qaçılmzdır. İmam Əli (ə) belə buyurmuşdur: Məzlumun zalimdən intiqam aldığı gün, zalimin məzluma zülm etdiyi gündən daha ağırdır."

  • Yazılıb
  • da (də) 2014 Jul 23