Tarix : 2014 Jul 23
Kod 43531

İŞİD SOCAR-ın avtomobilini ələ keçirib

İraq Şam İslam Dövləti (İŞİD) Terrorçu təşkilatının üzvləri ələ keçirdiklərini iddia etdikləri avtomobilin fotosunu da yayıblar

Arannews - Suriyada Terrorçular  Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) – SOCAR-ın daha bir avtomobilini ələ keçirdikləri barədə məlumat yayıblar.

İraq Şam İslam Dövləti (İŞİD) Terrorçu təşkilatının üzvləri ələ keçirdiklərini iddia etdikləri avtomobilin fotosunu da yayıblar.

ARDNŞ-in mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev açıqlamasında bildirib ki, bu məlumat həqiqətəuyğun deyil.

Xatırladaq ki, bir neçə ay əvvəl də Suriyada Terrorçu  silahlılar, üzərinə “SOCAR” yazılmış avtomobili ələ keçirdikləri barədə məlumat yaymışdılar.

  • Yazılıb
  • da (də) 2014 Jul 23