Tarix : 2014 Jul 20
Kod 43486

“Rusiya Qarabağı Azərbaycana satıb” – erməni siyasi məhbus

Ermənistanda tanınmış siyasi məhbus, “Tseqakron” partiyasının lideri Şant Harutyunyan iddia edir ki, Rusiya Azərbaycana əslində tək silah deyil, Dağlıq Qarabağı belə artıq satıb
Arannewsin İnterAza istinadən verdiyi xəbərə görə tanınmış siyasi məhbus, müxalif fikirlərinə görə Ermənistan rejimi tərəfindən təqib edilən “Tseqakron” partiyasının lideri Şant Harutyunyan barəsində keçirilən məhkəmə iclası zamanı Rusiyanın Azərbaycana silah satmasını özünəməxsus maraqlı tərzdə şərh edib.
Onun sözlərinə görə, Rusiya Azərbaycana əslində tək silah deyil, Dağlıq Qarabağı belə artıq satıb. Harutyunyan kəskin şəkildə bildirib ki, Rusiyanın Azərbaycana silah satmasını yalnız biznes hesab edənlər xəyanətkarlardır.
“Əslində, Rusiya Dağlıq Qarabağın Azərbaycana verilməsinə dair gizli saziş bağlayıb. Qarabağın Azərbaycana satılması ermənilərin müqavimətinə səbəb olmasın deyə, Rusiya total tədbirlərə əl atıb – beynəlxalq siyasi dəstəkdən Ermənistanı məhrum edib. Rusiya Ermənistana ötən il sentyabrın 3-də Avropa Birliyi ilə assosiasiya sazişini bağlamağı qadağan edərkən bu problemi artıq həll etmiş olub. Bununla da Ermənistan Qərbin siyasi dəstəyindən məhrum edilib”, - deyə siyasi məhbus qeyd edib.
Xatırladaq ki, Şant Harutyunyan 2013-cü ilin noyabrında İrəvanın Azadlıq meydanında “Mən inqilab başlayıram” şüarı altında təkbaşına aksiya keçirdiyinə görə Errmənistan rejimi tərəfindən həbs edilib.

  • Yazılıb
  • da (də) 2014 Jul 20