Tarix : 2014 Jun 27
Kod 43302

Təbrizlə maraqlananlar oxusunlar: "AranNews" hər gün İran və Təbrizin önəmli xəbərlərinin xülasəsini yayacaq

Təbriz sakini İran milli futbol komandasına güclü təəssübü üzündən dünyasını dəyişib
ARANNEWS- Təlim və Tərbiyə Nazirliyinin tədqiqat və proqramlaşdırma təşkilatının rəhbəri Təbrizdə deyib: "Yerli dil və ədəbiyyatın təlimi İran İslam Respublikasının Konstitusiyasının bir hissəsidir".
- Şərqi Azərbaycanın valisi: "İnvestisiya mərkəzinin bütün qərarları qanun çərçivəsində olub və biz əyalətin məsulları olaraq heç bir qanunsizluq qarşısında sakit dayanmarıq".
- Şərqi Azərbaycan Təcili Yardım və Fövqəladə Hadisələr Mərkəzinin ictimai əlaqələr şöbəsinin məsulu deyib: "İran və Bosniya futbol komandalarının görüşündə Bosniya oyunçularının İrana birinci qolunun ardınca oyunu televiziyadan izləyən 53 yaşlı Təbriz sakini ürək infaktı keçirib və dünyasını dəyişib".
- Tibb Elmləri Universitetinin rektoru deyib: "Hal-hazırda həkimləri və onların ixtisasını tanıdacaq sistemin işə salınmasına çalışırıq. Bunula da əyalətə gələn xəstələr hətta əyalətə daxil olmamış öz ölkələrində lazım olan həkimi seçə bilsinlər və əyalətə daxil olduqda daha həkim tapmaq sarıdan problemlə üzləşməsinlər".
- Təbrizdə Qafqaz regionu universitet tələbələrinin mədəniyyət-ədəbiyyat festivalı keçiriləcək.

  • Yazılıb
  • da (də) 2014 Jun 27