Tarix : 2014 Jun 24
Kod 43280

Anti-İran İfrat türkçülərin maraqlı təhrifi

türkçülər özlərini biabır ediblər

AranNews - Argentinanın dünya şöhrətli futbolçusu Lionel Messinin iki il bundan əvvəlki müsahibəsini güya tərcümə edib, ifrat türkçülərin yersiz iddialarını montaj edən türkçülər özlərini biabır ediblər.

Təəssüflə bəzi Azərbaycan saytları da bu gülünc videonu real bir xəbər kimi təqdim ediblər.

Xatırladaq ki, ifrat türkçülər İrana qarşı məntiqsiz hislərini müxtəlif sahələrdə büruzə vermək üçün ciddi fəaliyyətlərindən tutmuş komik fəaliyyətlərinə qədər, ağılasığmaz təhriflərə əl atırlar. O cümlədən tarix kitablarında Messinin müsahibəsinin üzərinə yazılmış yersiz sözlərə oxşarlıqlara xeyli rast gəlmək olar. Bu qəbildəndir son illərdə Azərbaycan respublikasında Cavadxan ilə bağlı istehsal olunmuş bahalı filmdə Cavadxanın dilindən yazılmış dialoqlar, indiki yeniyetmə və gənc ifrat türkçülərin leksionuna bənzədilmişdir.

Həmçinin vaxtaşırı Bakıda və digər yerlərdə Azərbaycanlçılıq iddiası ilə keçirilən tədbirlərdə oxşar çıxışlar olunur.


  • Yazılıb
  • da (də) 2014 Jun 24