Tarix : 2014 Jun 21
Kod 43247

Tehranın cümə namazı xitabətçisi: İstəyirlər İslam dünyasında təfriqə salmaqla İsrail rejimi amanda qalsın

Tehranın cümə namazı xitabətçisi deyib: Düşmən istəyir İslam dünyası birliyə malik olmasın ki, İsrail rejimi təhlükəsi unudulsun
Arannews - Höccət-ül-islam vəlmüslimin Kazım Seddiqi bu gün Tehranın cümə namazı xütbələrində İŞİD-in İraq şəhərlərinə olan hücumlarına işarə edərək, onu qatil və vəhşi bir firqənin üsyanı adlandırıb. O, deyib: Bunların işləri hərmələlərin və dinsizlərin işləridir və bünövrələri qoyulan gündən bəri işləri adam öldürmək və ixtilaf salmaq olub və ümid edirəm ki, tezliklə onların əsasını qoyanların özlərini də problemlə üzləşdirsin.
Tehranın cümə namazı xitabətçisi bir neçə xəbərdarlıq edərək, deyib: İslam düşmənləri hər gün Taliban, Əl-Qaidə və sair adlarla bir qrupu ələm tutaraq, heç bir insan vicdanının dözmədiyi formada kobudluğa rəvac verirlər. Bunlar İslamla düşməndirlər və İslama xələl gətirmək üçün bundan yaxşı bir vasitə olmaz ki, bir qrupun adı müsəlman, əməli isə bir dinsiz əməli olsun.
Höccət-ül-islam vəlmüslimin Seddiqi təkfirçi qrupları Qərbin əlində bir vasitə adlandıraraq, deyib: Özünün beşli namazlarında altmış dəfə mehribanlıq və rəhimliliyə işarə edən İslam dinində necə ola bilər ki, bir qrup şəxs müsəlman çətiri altında qadın və uşaqları öldürsün və sonra da onun təsvirlərini yayıb, cihad adı altında təqdim etsin.
Tehranın cümə namazı xitabətçisi əlavə edib: Onlar İslamdan qorxduqları, bizim Müqəddəs Müdafiəmizi gördükləri və fəqihlərin cihad fitvalarını müşahidə etdikləri üçün cihad məsələsini təhrif olunmuş göstərməkdən ötrü bu təkfirçi qrupları ələm tutublar.
  • Yazılıb
  • da (də) 2014 Jun 21