Tarix : 2014 Jun 21
Kod 43245

Zərif: İran və "Altılıq" nüvə anlaşmasının məzmunu barəsində fikir ayrılığına malikdir

İran İslam Respublikasının xarici işlər naziri deyib: İran və "Altılıq" qrupu əsaslı məsələlər, nüvə anlaşmasının məzmunu və mətninin tənzimlənməsinin formatı barəsində fikir ayrılığına malikdir
Arannews - Təsnim İnformasiya Agentliyinin məlumatına görə, Məhəmməd Cavad Zərif cümə günü Vyanada İran və 5+1 qrupu arasında 5 gün sıx müzakirələrdən sonra mətbuat konfransında bildirib: İki tərəfin müavinləri anlaşma mətninin ilkin işləri üzərində çalışırlar. Lakin həm məzmun və həm də mətnin formatı barəsində bəzi hallarda fikir ayrılıqları mövcuddur.

İran və 5+1 qrupu arasında anlaşmanın tam çərçivəsi və adı barəsində hələlik anlaşmanın mövcud olduğunu qeyd edən İran xarici işlər naziri söyləyib: Hələlik qarşı tərəf reallıqlara əsasən müzakirəyə daxil olmaq üçün lazımi hazırlığa malik deyil və öz tamahkarlıq mövqeyini qorumağa çalışır.

İran xarici işlər naziri İranla "Altılar" qrupunun 2 iyulda Vyanada növbəti iclasının keçiriləcəyinə toxunaraq əlavə edib: Müzakirələr ehtiyaclı və faydalı olduğu zamana qədər keçiriləcək və nəticə əldə olunana qədər davam edəcək.

Zərif bildirib: 5+1 qrupunun üzvləri arasında ABŞ İrana qarşı qeyri-qanuni sanksiyaların tətbiq olunmasında çoxlu rolu oynayıb və çox çətin qərarlar çıxarmalıdır. Ümid olunur ki, bu çətin qərarları çıxarmağa hazır olacaqdır
  • Yazılıb
  • da (də) 2014 Jun 21