Tarix : 2014 Jun 21
Kod 43243

İranın təklifi İraqdakı böhrana son qoymaq üçün yeganə həll yolu

Təqribən altı ay bundan qabaq İranın təklifi ilə BMT-də qəbul olunmuş *Kobudluğa qarşı dünya* layihəsi bu gün regionun kobudluqlarla dolu şəraitində İraqdakı kobudluqlara son qoymaq üçün yeganə yol kimi nəzərə çarpır
Arannews- Həsən Ruhani BMT-dəki ilk çıxışında İranın kobudluq və ifratçılıqla mübarizədəki ciddiliyini nümayiş etdirməyə çalışdı.
Amma Ruhani BMT-nin Baş Assambleyası üçün gözlənilməz bir layihəyə də malik idi ki, bəlkə də bu gün bu layihənin önəmi əvvəlkindən daha artıq məlum olmuş olsun.
Ölkə prezidenti öz çıxışında dedi: İllər boyu bir amiranə səs ardıcıl şəkildə eşidilibdir ki: Müharibə seçimi masa üzərindədir. Amma qoyun, bu gün bu faydasız və qanunsuz ifadə qarşısında deyim: Sülh əldə olunasıdır.
Ruhani sonra dedi: Beləliklə, İran İslam Respublikasının adından ilk addımda təklif edirəm ki, *Kobudluğa qarşı dünya* layihəsi BMT-nin iş gündəmində dursun və bütün dövlətlər, beynəlxalq təşkilatlar və hüquq orqanları dünyanı bu səmtə doğru sövq etdirmək üçün yeni səylərə başlasınlar. O, dedi: Dünyanın müxtəlif məntəqələrində faydasız *Müharibə üçün koalisiya* yerinə, bütün dünyada *Davamlı sülh üçün koalisiya* barədə düşünülsün.
İran prezidenti sonda vurğuladı: Bu gün İran İslam Respublikası sizi və bütün dünya ictimaiyyətini qarşıda duran addımı atmağa çağırır: Kobudluq və ifratçılıq əleyhinə dünya. Biz qəbul etməli və burada bir üfüq açmalıyıq ki, onda müharibə yerinə, sülh, kobudluq yerinə, mülayimlik, qan axıdılması yerinə, inkişaf, ayrı-seçkilik yerinə, ədalət, yoxsulluq yerinə, imkanlılıq və istibdad yerinə, bütün dünyada azadlıq daha yaxşı görünmüş olsun.

Bir qətnamənin böyük əksəriyyətlə hazırlanması
İran prezidentinin BMT-dəki layihəsi təqribən üç aydan sonra BMT Baş Assambleyasında qəbul olunmaq üçün bir qətnamə layihəsi formasında hazırlandı. İran prezidentinin bu layihəsi özündə müxtəlif hallara yer vermişdi.
On dörd bənddən ibarət olan bu layihənin ilkin mətnində kobud hadisələrdə mülkilərin, qadın və uşaqların qırğın olunması, dini və tarixi məkanlara hücum və onların dağıdılması, qadınlara qarşı kobudluq və firqəvi kobudluqların pislənilməsi kimi hallar nəzərə çarpırdı. İran bu layihədə beynəlxalq terrorizm, etnik və firqəvi kobudluqlarla mübarizə üçün dünya ölkələrinin hərtərəfli iştirakına təkid etmişdi.
İranın qətnamə layihəsi ötən milad ili dekabrın əvvələrində BMT Baş Assambleyasının gündəmində durdu və İran İslam Respublikasının BMT-dəki o zamankı nümayəndəsi- Xəzai İranın kobudluqla mübarizə üzrə layihəsinin ilkin mətnini müdafiə etdi.
Sonda bu layihə BMT Baş Assambleyasının əksər üzvünün dəstəyi ilə qəbul olundu və *Kobudluğa qarşı dünya*(World Against Violence) və ya ixtisar olunmuş WAV adı ilə kobudluq və terrorizmin qurbanı olmuş bir ölkə kimi İranın layihəsi kimi dünyaya təqdim edildi.
Bəlkə bir kəs fikirləşmirdi ki, bu layihənin qəbul olunmasından təkcə altı ay sonra Yaxın Şərq məntəqəsi kobudluq və ifratçılığın qurbanı olmuş bir məntəqə kimi əvvəlkindən daha artıq ifratçı qrupların firqəvi kobudluqla yanaşı olan kobudluq və ifratçılığının qurbanı olacaq.
İran tərəfindən İraq və Suriyada təşəbbüs ələ keçirilib
Suriyadakı böhranın əvvəlindən məhz bu ölkənin dövləti və xalqına mənəvi dəstəkləri artıran ölkə, İran İslam Respublikası oldu. Halbuki əksər dünya ölkələri Suriyada hakimiyyət quruluşunun dəyişdirilməsini istəyirdi. İran terrorçu qrupların xalq çətiri altındakı təhlükəsini dərin surətdə dərk edərək, onların Suriyada olmalarını pislədi və böhranın yeganə həll yolu kimi xalqın nəzəri və səs qutularını təqdim etdi. On birinci dövlət də öz işinin əvvəlində Suriyanın dövləti və xalqının himayə olunmasını iş gündəmində yerləşdirdi və vurğuladı ki, Suriya xalqının səsi və import terrorçuların bu ölkədən çıxarılması böhrana son qoyacaq. İndi Suriya böhranından üç ildən çox bir müddətin ötməsindən sonra həmin terrorçu qruplar İraqa daxil olublar. Onlar öz cinayətləri ilə hətta dünənki himayəçilərini belə, qorxuya salblar və dünənədək bu terrorçu qrup üçün uğur diləyən ölkələrin bir çoxu bu gün onun hərəkətlərini pisləyir.
Amma İran İslam Respublikası Suriya və İraq dövlətlərini himayə etmək, həmçinin BMT-də əksəriyyət səslə əhatəli bir qətnaməni qəbul etdirməklə regionun böhranlı şəraitində təşəbbüsü ələ alaraq, göstərə bildi ki, diplomatiya meydanında dünya ictimaiyyətini özü ilə yanaşı etməyə qadirdir.
  • Yazılıb
  • da (də) 2014 Jun 21