Tarix : 2014 Jun 19
Kod 43234

İranın iqtisadi heyəti Azərbaycana səfər edib

Bu heyətin tərkibində, Maku Azad Ticarət Zonasının rəhbəri, Araz Azad Ticarət Zonası rəhbərinin müavini və İranın bir neçə iqtisadiyyat rəsmisi vardır

Arannews -  İran İslam Respublikasının sənaye, mədən və ticarət nazirinin əvəzedicisi Muctaba Xosrovtac 8 nəfərlik bir heyətin müşayiəti ilə dünən günorta Azərbaycan Respublikasının paytaxtı Bakıya səfər edib.

İranın Azərbaycan Respublikasındakı səfiri Möhsün Pakayin İRNA İnformasiya Agentliyi ilə müsahibədə deyib: Bu 8 nəfərlik heyətin tərkibində, Maku Azad Ticarət Zonasının rəhbəri, Araz Azad Ticarət Zonası rəhbərinin müavini və İranın bir neçə iqtisadiyyat rəsmisi vardır.

İranın Bakıdakı səfiri həmçinin Azərbaycan Respublikası rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun İranın rabitə və informasiya texnologiyaları nazirinin dəvəti ilə Tehrana səfər etdiyinə toxunaraq əlavə edib: Azərbaycan Respublikası prezidenti İlham Əliyevin Tehrana rəsmi səfərindən sonra iki ölkənin yüksək səviyyəli heyətlərinin səfərləri artmışdır və hal-hazırda iki ölkənin digər heyətləri də Tehran və Bakıdadırlar.

Cari il avqust ayının 4-ü və 5-də İran və Azərbaycan Respublikasının müştərək iqtisadi komissiyalarının iclaslarının təşkil olunacağına toxunan Pakayin bildirib: Bu komissiyanın iclasının keçirilməsi üzrə hazırlıq işləri iki ölkənin əlaqədar dairələri tərəfindən görülməkdədir.

Qeyd etmək lazımdır ki, ötən həftələr ərzində İran və Azərbaycan Respublikasının iqtisadiyyat və ticarət heyətləri iki ölkənin müxtəlif şəhərlərində bir neçə görüşlər keçirmişlər. Eyni zamanda İran və Azərbaycan Respublikasının sərhəd, tibb və səhiyyə üzrə heyətləri də ötən bir həftə ərzində iki ölkənin sərhəd şəhərlərində faydalı bir neçə görüşlər keçirmişlər .


  • Yazılıb
  • da (də) 2014 Jun 19