Tarix : 2014 Apr 24
Kod 42643

Atatürk heykəli yandırılıb

Atatürk heykəli naməlum şəxslər tərəfindən benzin tökülərək yandırılıb

Arannews - Türkiyənin paytaxtı Ankaranın Gölbaşı mahalından yerləşən Atatürk heykəli gecə saatlarında naməlum şəxslər tərəfindən benzin tökülərək yandırılıb.

Hürriyetin verdiyi məlumata görə, heykəlin yandığını görənlər polisə və xilasetməyə xəbər verib. Hadisə yerinə gələn təhlükəsizlik qüvvələri yanğın balonları ilə heykəli daha çox yanmaqdan qurtarıb. Polis hadisə ilə əlaqədar araşdırmalara başladıb.

Atatürk heykəlində yanğına görə xüsusilə ayaq hissələrində qaralma və ərimə müşahidə edilib. Amma 23 Aprel tədbirlərinə görə qaralan hissələr təmizlənib.

Bildirilir ki, eyni yerdə olan Atatürk heykəlinə bir il əvvəl də hücum edilibmiş. Həmin vaxt Atatürk heykəli sındırılıbmış.


  • Yazılıb
  • da (də) 2014 Apr 24