Tarix : 2014 Apr 24
Kod 42642

Görəsən, İrana qarşı azəri separatçılıq fenomeni ciddi bir fenomendirmi?

ümumiyyətlə İranın azərilər yaşayan məntəqələri ölkənin gövdəsində elə bağlanıb və bu məntəqələrin əhalisi ölkənin digər etnosları və bölgələri ilə elə peyvənd olubdur ki, ayırmaq üçün heç bir imkan və təmayül mövcud deyildir

Arannews - Son illərdə azəri separatçılar üçün Amerikada İrana qarşı bir telekanalın işə salınması və onun Azərbaycan Respublikasının telekanalları tərəfindən dəstəklənməsi ilə bəziləri vurğulayırlar ki, İran dövləti də azəri separatçılığı fenomeninə ciddi yanaşmalıdır.

Amerikada “Cənubi Azərbaycan televiziyası” və ya Günaz adı altında İran əleyhinə işə salınmış separatçılıq telekanalı İrana qarşı nalayiq ifadələr söyləmək və qalmaqallı dialoq mehvərli proqramlar və ibtidai formada xəbər buraxılışları yaymaqla, eləcə də AZTV, İTV, Lider, Space və Mədəniyyət telekanalları daxil olmaqla Azərbaycan Respublikası telekanallarının istehsal etdikləri proqramların yayılması ilə təmin olunur. Ötən illərdə Azərbaycan Respublikası dövləti bu kanalı, eləcə də İrana qarşı separatçılıq edən müxtəlif qruplaşmaları təmin etməkdən əlavə, azərbaycançılıq adı altında İran əleyhinə separatçı fikirlərin əsasını qoymağı ardıcıl surətdə izləyibdir.

Bu qəbildən 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik günü adı ilə adlandırılması, dünya azərbaycanlılarının qurultaylarının keçirlməsi, dünya azərbaycanlıları konqresi adlandırılan təşkilatın yaradılıb, gücləndirilməsi, dünya azərbyacanlılarının işləri üzrə dövlət komitəsinin təsisi, sonra da bu təşkilatın adının diaspora işləri komitəsinə dəyişdirilməsi, azərbaycançılıq və sair anlam adı altında sənədin tənzim və qəbul edilməsinə işarə etmək olar. Bu arada Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi(MTN)-in Təbrizin “Traktorsazi” futbol klubunun oyunları gedişində İran əleyhinə millətçilık və separatçılıq şüarları irəli sürmək üçün etnik təmayüllərə malik yeniyetmələr, gənclər və bəzi şəxslərin təhrik edilməsi istiqamətindəki şeytanlıq və fitnəkarlıqları İrandakı əlaqədar orqanların gözlərindən yayınmayıbdır. MTN son illər ərzində İranın azərilər yaşayan məntəqələrində və hətta Tehranda, Kərəcdə və Tehranın digər ətraf məntəqələrində etnik təmayüllərə malik dəstələrin içində öz amillərini daha da fəallaşdırıbdır. Bu separatçılar etnik tələblər adı altında və İranda azəridillilərin yatırdılması iddiasını irəli sürməklə İranda qövmlərin birliyini aradan götürmək və nəticə etibarı ilə ölkənin milli təhlükəsizliyinə zərbə vurmaq üçün bir sıra addımlar atırlar. Azərbaycan Respublikası mediaları vaxtaşırı İranın hüquq-mühafizə qüvvələrinin təxribatçılıq hərəkətlərinə mane olduğu və bəzilərini həbs etdiyi bu şəxsləri milli fəallar kimi yad edirlər. Bunların əksər hissəsi az savadlı, Günaz TV tərəfindən də çeynəlilən Bakı televiziyaları və kitablarında təbliğ olunan və irəli sürülən qövmçülük və millətçilik fikir və ideyalarının təsiri altında qalan şəxslərdir. Hərçənd bu azəri separatçıların sayı olduqca cüzidir və İran azəridillilərinin son dərəcə böyük əhalisi qarşısında əslində sıfır kimi hesab olunurlar, lakin internet və virtual dünya sayılan hazırkı zəmanədə həmin cüzilər də şişirdilirlər və virtual mühitdə uçurdulmaqla onların xəbərləri real mühitə də daxil olur və belə bir təsəvvür yaradır ki, İran əleyhinə azəri separatçılığı ciddi bir məsələyə çevrilməkdədir. Halbuki bu elə bir məsələdir ki, əslliyi və ciddiliyi yoxdur və su üzərindəki köpük kimidir.

Diqqət yetirmək lazımdır ki, İranda azəri separatçılıq ümumiyyətlə SSRİ-nin kommunistlik rejiminin mövcudluğu və hakimiyyəti dövründə yaranıb. SSRİ-nin kommunistlik rejiminin planlaşdırması ilə Təbrizdə Seyid Cəfər Pişəvərinin demokrat firqəsi iğtişaşı kimi böyük separatçılıq iğtişaşı törədildi və o, İranın şimalını öz işğalı altında saxlayan sovet ordusunun himayəsinə söykənmişdi. Bu iğtişaşda hətta təqribən bir il müddətinə azəri məntəqələr İrandan ayrıldı və bir separatçı dəstə bu məntəqələrdə hökmranlıq etdi. Amma özünü hökumət hesab edən bu separatçı dəstə sovet ordusunun İrandan çıxmasından sonra tez bir zamanda məhv oldu və azərilər yaşayan məntəqələr vətənin ağuşuna qayıtdı. Deməli, SSRİ və sovet ordusunun himayəsinə söykənmiş Pişəvərinin demokrat firqəsinin separatçı iğtişaşı müqabilndə sırf olaraq Amerikanın anti-İran planları və Azərbaycan Respublikasının MTN-nə söykənən hazırkı separatçılar ciddi bir məsələ olmayacaqlar. Əlbəttə, İrandakı əlaqədar orqanlar anti-İran separatçıların iğtişaşçılıq hərəkətlərini diqqətlə izləyirlər və bilirlər ki, Amerikanın MKA-dan əlavə, Azərbaycan Respublikasının MTN-i, Türkiyənin MİT-i, sionist rejimin MOSSAD-ı və İngiltərənin İntelcens Servisi də anti-İran separatçı ünsürlərin təhrik və təmin edilmələri məsələsində fəaldırlar və son zamanlar İranda Səudiyyə Ərəbistanının İstixbarat-ı vasitəsi ilə azəri separatçıl ünsürlərin təmin olunmaları barədə nişanələr aşkar olubdur. Amma Amerikanın MKA-sı və sionist rejimin MOSSAD-dan tutmuş Azərbaycan Respublikasının MTN-i və Türkiyənin MİT-dək separatçıların himayəçilərinin bu müxtəlifliyi və çoxluğu İranda azəri separatçılığı fenomeninin ciddi olması mənasında deyil. Zira İranda azəri separatçılığı şoranlığa oxşayır ki, orada heç bir toxum cücərməyəcəkdir. Çünki ümumiyyətlə İranın azərilər yaşayan məntəqələri ölkənin gövdəsində elə bağlanıb və bu məntəqələrin əhalisi ölkənin digər etnosları və bölgələri ilə elə peyvənd olubdur ki, ayırmaq üçün heç bir imkan və təmayül mövcud deyildir. Bir sözlə, İran elə möhkəm bir binadır ki, bu binanın bir güşəsində zibilin tökülməsi heç bir vəchlə onun möhkəmliyinə xələl gətirməz, amma hər halda separatçılıq zibili pis görkəmli və çirkindir və hər cür zibil sürətlə yığışdırılıb, zibilliyə tullanmalıdır.


  • Yazılıb
  • da (də) 2014 Apr 24