Tarix : 2014 Apr 24
Kod 42641

Nida vətəndaş hərəkatının üzvlərinin məhkəməsi başladı

Nidaçilarin çoxsaylı qohumları, dostları məhkəməni izləmək istəyirlər

Arannews - "Nida" vətəndaş hərəkatının həbs olunmuş üzvlərinin bu gün saat 10.30-a təyin olunmuş məhkəməsi artıq başlayıb.

Ağır Cinayətlərə dair Məhkəmənin önündən verilən xəbərlrə görə, aprelin 22-də olduğu kimi, yenə də məhkəmənin önü qələbəlikdir, müttəhimlərin çoxsaylı qohumları, dostları məhkəməni izləmək istəyirlər. Salona məhdud sayda adam buraxılıb.

Xəbər verilir ki, polislər jurnalistlərin də məhkəmə prosesini müşahidə etməsinə əngəl törədiblər.

Xatırladaq ki, "Nida" təşkilatının üzvləri "Molotov kokteyli" vasitəsilə dövlət çevriliş etmək cəhdində günahlandırılırlar.

  • Yazılıb
  • da (də) 2014 Apr 24