Tarix : 2014 Apr 24
Kod 42640

Elmar Məmmədyarov İqor Popov ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

Azərbaycanın xarici işlər naziri : Biz münaqişənin həlli üzrə növbəti addımları müzakirə etdik

Arannews - Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib.

Bu barədə E.Məmmədyarov jurnalistlərə bildirib.

Nazir bildirib: "Dünən Moskvada ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov ilə görüşdüm. Biz münaqişənin həlli üzrə növbəti addımları müzakirə etdik".

E.Məmmədyarov Dağlıq Qarabağ münaqişəsində status-kvonun qəbul edilməz olduğunu və Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmasının vacibliyini bir daha vurğulayıb.


  • Yazılıb
  • da (də) 2014 Apr 24