Tarix : 2014 Apr 24
Kod 42639

Dağlıq Qarabağ məsələsi bizim üçün prioritetdir

Dağlıq Qarabağ münaqişəsi həll edilməlidir

Arannwes - Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan Dağlıq Qarabağ münaqişəsindən danışıb.

Ötən gün Türkiyədə qeyd olunan Milli Suverenlik və Uşaq Bayramı münasibəti ilə ziyafət gecəsi təşkil edilib.

Ziyafət gecəsində Türkiyə prezidenti Abdullah Gül və baş nazir Rəcəb Tayyib Ərdoğan da iştirak edib. Ziyafət gecəsində çıxış edən baş nazir Ərdoğan Ermənistan-Türkiyə münasibətlərindən danışıb.

Jurnalistlərin “Ermənistanla diplomatik münasibətlərin qurulması sərhəd qapılarının açılması ola bilər?" sualına cavabında Ərdoğan bildirib ki, Qarabağ münaqişəsi həll edilmədən Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasından söhbət belə gedə bilməz.

“Bəzi şərtlər var. Dağlıq Qarabağ məsələsi bizim üçün prioritetdir. Qarabağ münaqişəsi həll olmadan iqtidarımız belə bir şeyə razı ola bilməz. Çünki orada ciddi haqsızlıq var. Dağlıq Qarabağ münaqişəsi həll edilməlidir".


  • Yazılıb
  • da (də) 2014 Apr 24