Tarix : 2014 Apr 23
Kod 42634

İran və Azərbaycan arasındakı iqtisadi əlaqələrin qurulmasının vaxtı çatib

İran və Azərbaycan dəmiryolları birləşdiriləcək

Arannews - Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov İran və Azərbaycan arasında olan tarixi əlaqələrdən və Tehran-Bakı münasibətlərinin yeni müstəvidə inkişafından danışıb.

Cavanşir Axundov İranın Ərdəbil əyalətinin başçısı Məcid Xudabaş ilə görüşü zamanı iki ölkə arasındakı iqtisadi əlaqələrin qurulmasının vaxtının gəlib çatdığını söyləyib.

Hər iki ölkə dəmiryollarının birləşdirilməsinə işarə vuran Axundov Ərdəbil dəmiryolu layihəsinin tezliklə tamamlanmasının və Azərbaycan dəmiryolları ilə birləşdirilməsinin ikili iqtisadi münasibətlərə yaxşı təsir göstərəcəyini qeyd edib.

Görüş zamanı Ərdəbil əyalətinin başçısı Məcid Xudabaşı isə prezidentlərin görüşünün hər iki ölkə və millətlər arasında yaxınlıq əlaqələrinin inkişafına zəmin yaratdığını bildirib.

  • Yazılıb
  • da (də) 2014 Apr 23