Tarix : 2014 Apr 23
Kod 42633

Azərbaycan Respublikası İranın nüvə haqqını tanıyır

Azərbaycanin səfiri ölkəsinin İranın nüvə haqqını tanıdığını deyib

Arannews - Azərbaycan Respublikasının Tehrandakı səfiri ölkəsinin İranın nüvə haqqını tanıdığını deyib.

Cavanşir Axundov Mehr Xəbər Agentliyi ilə müsahibədə ölkəsinin müxtəlif məsələlərlə bağlı mövqeyinə işarə edərək, deyib: bu mövqelərdən biri İranın nüvə haqqını tanımaqdır ki, Azərbaycan Respublikası prezidenti Ağ Evdə etdiyi çıxışı zamanı ona təkid edib.

C.Axundov əlavə edib: Azərbaycan Respublikası daim İranın siyasi və iqtisadi mövqelərini diqqət mərkəzində saxlayıb və bu ölkə ilə münasibətlərini inkişaf etdirmək ardıncadır.

Azərbaycan Respublikasının Tehrandakı səfiri hazırda İran və Azərbaycan arasında mövcud olan müsbət əlaqələrə işarə edərək, deyib: İran ilə qaz və elektrik enerjisi sahələri başda olmaqla ticarət əlaqələrinin genişləndirilməsi Azərbaycan Respublikasının əsas proqramlarındandır.

Cavanşir Axundov Ərdəbil Palatasının Ərdəbil ilə Gəncə şəhərlərinin qardaş şəhərlər elan edilməsi üzrə təklifi barədə də deyib: Bu təklifi, ticarət və mədəniyyət sahələrində əməkdaşlıqların genişləndirilməsi prizmasından araşdırmaq olar.


  • Yazılıb
  • da (də) 2014 Apr 23